Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın yüksəlişi: Torpaqların azadlığından sosial refaha

0


  • Azərbaycan, tarixindəki ən şanlı anlarından birini yaşadı – 30 il davam edən işğal altında olan torpaqlar azad edildi, vətənə qayıdış başladı. Bu möhtəşəm qələbə, yalnız Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi mübarizə ilə deyil, həm də ölkə liderinin strateji bacarığı, xalqın sarsılmaz birliyi və dövlətin güclü iradəsi ilə əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən bu proses, sadəcə olaraq ərazi bütövlüyünün bərpası ilə bitmədi; eyni zamanda Azərbaycanın gələcəyinə olan inamı da təzələyib.

    Vətən müharibəsi, Azərbaycanın azad edilən torpaqlarında təməlini qoyduğu böyük bərpa işlərinin yalnız başlanğıcıdır. Prezident İlham Əliyevin "Böyük Qayıdış" layihəsi çərçivəsində, ərazisi işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri Azərbaycan xalqının həm gücünü, həm də birliyini təcəssüm etdirir. Bu bölgələrdə yeni infrastrukturun yaradılması, təhsil və səhiyyə sahələrində aparılan islahatlar, bu torpaqların xalqın gələcəyinə xidmət etməsi üçün atılan mühüm addımlardır.

    Bu qələbə ilə Azərbaycanın bütün regionlarına yeni üfüqlər açıldı. Dövlətin həyata keçirdiyi sosial proqramlar, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət, müharibədən sonra ölkənin sosial-iqtisadi vəziyyətini ən qısa müddətdə yaxşılaşdırmağa yönəlmişdi. Prezident İlham Əliyev, həmçinin müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə olan dəstəyi yüksək səviyyədə təmin edərək, bu prosesin sosial əhəmiyyətini vurğulamışdır. Eyni zamanda, müharibə dövründə Azərbaycan dövlətinin güclü diplomatik siyasəti də mühüm rol oynamışdır.

    Azərbaycanın qələbəsi yalnız hərbi sahədə deyil, həm də sosial, iqtisadi və diplomatik sahələrdəki mühüm inkişaflarla müşayiət olunmuşdur. Azərbaycan, 2020-ci ilin sentyabr ayında başlayan müharibə ilə bir tərəfdən torpaqlarını geri almış, digər tərəfdən isə dünya səhnəsində öz mövqeyini daha da möhkəmləndirmişdir. Bu uğur, ölkənin hər bir vətəndaşının qəlbində sarsılmaz bir qürur, inam və birlik hissi yaratmışdır.

    Xocalı rayon gənci Anar Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 həft. öncə
    İzlənib27 dəfə
    Azərbaycanın yüksəlişi: Torpaqların azadlığından sosial refaha

    Maraqlı gələ bilər
    59
    54
    69