Məlum həqiqətdir ki, 21 - ci əsr internet və yüksək texnologiyalar əsri olduğundan hadisələrə münasibət də həddindən artıq çeviklik tələb edir. Belə bir şəraitdə istər siyasi sahədə, istərsə də iqtisadi sahədə dövlət rəhbərlərinin də üzərinə çox böyük məsuliyyət düşür. Çünki çevik siyasi gedişlər həm də qarşıya qoyulmuş hədəfə zərgər dəqiqliyi ilə çatmağı da tələb edir. Əks təqdirdə bütün cəhdlər uğursuzluğa gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin atdığı bütün addımlar birmənalı olaraq uğura aparan addımlardır.
Hələ 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi cəbhədə düşmənlə amansız döyüşlərə rəhbərlik edən Azərbaycan Prezidenti paralel olaraq təkbaşına informasiya müharibəsindən də zəfərlə çıxmağı bacardı. Nəyi, nə vaxt etməyi gözəl bilən Azərbaycanın Dövlət Başçısı mənfur düşmənlə müharibəni qısa zaman kəsiyində başa vurduqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verdi. Qısa zamanda demək olarsa bütün ərazilərdə infrastruktur bərpa edildi və Böyük Qayıdış proqramı uğurla tətbiq edilməyə başlanıldı. Ölkə Başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, həmin ərazilərdə təşkil olunan müxtəlif forumlarda iştirak edir, bu ərazilərin əsil sahiblərinin Azərbaycan xalqı olduğunu dünya birliyi qarşısında nümayiş etdirir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel ayının 26 - da Almaniya Federativ Respublikasına səfəri də bu qəbildən olan səfərlərdəndir. Ölkə Başçısının bu səfərə birbaşa işğaldan azad edilmiş Füzuli şəhər hava limanından getməsi böyük rəmzi məna daşıyır. Azərbaycan Prezidenti Berlin şəhərində keçirilən "15-ci Petersberq İqlim Dialoqu" tədbirində iştirak edib. Ölkə Başçısı Dialoq çərçivəsindəki bu barədə də məlumat verdi ki, bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik" ili elan edilib. 2027 - ci ilin sonuna qədər isə 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Ümumilikdə doqquz elektrik enerjisi stansiyası olacaq və 2030 - cu ilə qədər əlavə olaraq 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onlar da 5000 meqavat ( 5 qiqavat ) təşkil edəcək.
Səfər zamanı Prezident İlham Əliyev Almaniyanın Federal kansleri Olaf Şoltsla görüşmüş və birgə mətbuat konfransı keçirmişlər. Hər iki dövlətin başçısı Almaniya ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətinə diqqəti yönəltmişlər. Azərbaycan Prezidentinin son 14 ay ərzində Almaniyaya dördüncü səfəri deyilənləri təsdiq edir. Fransa kimi bölgədə düşmənçiliyi qızışdıran Avropa dövlətlərindən fərqli olaraq Almaniya Cənubi Qafqazda sülhün bərqərar olması üçün konstruktiv mövqe sərgiləyən dövlətlərdən biridir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə də görüşü olub. Ölkə Başçısının Almaniyaya sonuncu səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Ələddin Əhmədov,
Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi