Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla Almaniya arasındakı dostluq münasibətləri inkişaf edir

0

  • Azərbaycanın müxtəlif Avropa ölkələri ilə əlaqələri və əməkdaşlığı bu ölkələr arasında dostluğu, həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycanla Almaniya arasındakı dostluq münasibətləri zaman keçdikcə yeni -yeni müstəvidə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu” nun Yüksək səviyyəli seqmentində iştirak etdi. Hər səfərində olduğu kimi Ölkə Başçısı bu dəfə də Almaniyanın Federal Kansleri Olaf Şolts və Xarici İşlər Naziri Annalena Berbok tərəfindən böyük hörmət və ehtiramla qarşılandı. Göstərilən hörmətə görə Ölkə Başçısı cənab Kanslerə öz təşəkkürünü bildirdi. Prezident İlham Əliyevin bu səfər çərçivəsində “15- ci Petersberq İqlim Dialoqunda “ istirakı ölkəmizdə keçiriləcək COP-29 -a hazırlıq prosesi kimi qiymətləndirilir. Dövlət başçısı çıxışı zamanı COP-29-a ev sahibliyinin şərəfli və məsuliyyətli olduğunu diqqətə çatdırdı. Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərinə qarşı verilən töhfələr və Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi edəcəyi barədə məlumat verdi. Bu il Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik" ili elan edildiyini, bu il ərzində 1300 meqavat Günəş və külək enerjisi istehsal etmək imkanı yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimlərinin keçiriləcəyini, 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerji stansiyaları qurularaq, gücünün 5000 meqavat təşkil edəcəyini, bununla da qaz istehlakımızın enerji istehsalı ilə əvəzlənəcəyini və Avropaya ən azı 5 milyard kubmetr qaz ixrac olunacağını bildirdi. Azərbaycan faydalı qazıntılarla zəngin bir ölkə olduğu üçün iqlim dəyişmələri məsələlərinə aid həmrəylik nümayiş etdirən ölkələr sırasında olmalıdır.
    Prezident İlham Əliyev sonra Azərbaycan - Ermənistan münasibətlərinə toxunaraq ölkələr arasında baş tutmuş ikitərəfli görüşləri yüksək qiymətləndirdi. Sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuzu, Almaniyada xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşün bu prosesə müsbət təsir etdiyini, 4 kəndimizin qaytarılmasını , sərhədlərin delimitasiya prosesinə başlanıldığını, Qazaxıstanda sülh müqaviləsinin yenidən müzakirə olunacağını və kənar qüvvələrin müdaxiləsi olmayacağı təqdirdə tezliklə sülh müqaviləsinin imzalanacagını bildirdi.
    Prezidentimizin bu dövlət əhəmiyyətli səfərini dəstəkləyir və məsuliyyətli yolda uğurlar arzulayırıq!
    Vəsilə Quliyeva,
    Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib116 dəfə
    Azərbaycanla Almaniya arasındakı dostluq münasibətləri inkişaf edir

    Maraqlı gələ bilər
    265
    45