Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bakı Qlobal Forumu parçalanmış dünyada birgə mübarizə platformasına çevrilib

0

  • Hazırkı qloballaşan dünyada olduqca ciddi problemlər də yaranmaqdadır. Bəşəriyyət pandemiya burulğanından xilas olmamış dünyanı yeni müharibələr burulğanı öz ağuşuna aldı. Böyük güclərin şərtlərini qəbul etməyən bəzi ölkələr onların şərtlərini qəbul etmədiyindən ciddi problemlər yaşadılar. Məhz bu səbəbdən Rusiya Ukraynaya hücum etdi və həmin müharibə hal - hazırda da davam edir. Rusiya - Ukrayna müharibəsi altıq özünün üçüncü ilinə "qədəm" qoyub. Bu müharibənin sonu da görünmür. Həmasın İsrailə qəfil hücumu İsrailin Fələstinə qarşı genişmiqyaslı müharibəyə başlamasına səbəb oldu. Təəssüflər olsun ki, bu müharibədə də 23 mindən artıq Fələstin vətəndaşı həlak olub. Amerikanın İsraili dəstəkləməsi sülh prosesini ləngitməkdədir. Amerikanın Yəmən ərazisində husilərə qarşı apardığı müharibə, Afrikanın ayrı - ayrı ölkələrində aparılan vətəndaş müharibələri, xaos bu qəbildən olan qlobal problemlərdəndir. Qeyd olunan, çözülməsi çətin olan problemlərin fonunda 14 mart 2024-cü il tarixdə Bakıda "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda 11 - ci Qlobal Bakı Forumu işə başladı. Forumun əsas məqsədi adından da göründüyü kimi dünyanın qütbləşməsinin, parçalanmasının qarşısını almağın yollarını araşdırmaq, dünyada gedən mənfi proseslərin müsbətə doğru çevrilməsinə nail olmaq məsələləri idi.
    Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti dünyada baş verən hadisələrin yaxşı heç nə vəd etmədiyini qeyd etdi. Ölkə Başçısı hazırkı ağır zamanda 11- ci Bakı Qlobal Forumunun işə başlamasını yüksək qiymətləndirdi. "Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. "Çıxışına davam edən Azərbaycan Prezidenti diqqəti yenidən ölkəmizin işğal altında 28 il inildəyən torpaqlarımızın mənfur düşməndən azad etməsinin üzərinə çəkdi. Ölkə Başçısı vurğuladı ki, münaqişənin aradan qaldırılmasını öz üzərinə götürən ATƏT - in Minsk qrupu faktiki olaraq üzərinə düşən missiyanı yerinə yetirməmiş, yalnız məsələni dondurmaq üçün fəaliyyət göstərmişlər. Onlar bütün görüşlərdə məsələnin hərb yolu ilə həllinin olmadığını qeyd etmişlər. Azərbaycan Prezidenti qeyd etmişdir ki, ölkəmizin işğal altındakı torpaqlarını öz gücünə həll etməsi bir çox dünya ölkələri tərəfindən təqdir edildiyi halda, məsələni həll etməkdə müvəkkil olan Minsk qrupunun həmsədrlərdən biri olan Fransanın ölkəmizə qarşı sərgilədiyi düşmənçilik mövqeyi anlaşılan deyildir. Biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmişik. Bir nəfər də olsun dinc sakinin burnu belə qanamadan Antiterror əməliyyatı keçirdib ərazilərimizi tam olaraq terrorçulardan azad etdik, Azərbaycanın bütün ərazilərimizdə öz suveren hüquqlarımızı bərpa etdik. Azərbaycan Prezidenti daha sonra vurğuladı ki, bizi indi bölgədə sülhün bərqərar olması və yaşıl keçid məsələləri düşündürür. Biz ölkəmizdə 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik . Bununla da biz yaşıl keçidin əsasını qoyduq. COP 29 - un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərin qəbul edilməsidir. Azərbaycan Prezidentinin Formadakı dərin məzmunlu çıxışı iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. 11- ci Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər Azərbaycanın bölgədə Lider dövlət olduğunu bir daha təsdiq edir.
    Ələddin Əhmədov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib207 dəfə
    Bakı Qlobal Forumu parçalanmış dünyada birgə mübarizə platformasına çevrilib

    Maraqlı gələ bilər
    41
    58
    55
    86
    53