Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Balamın qanı yerdə qalmadı...

0

  • Altun döyüş yerindən dostuyla danışır. Hiss olunur ki, hərbi sirri çox bəlli etmək istəməsə də ürəyi dil açır. Deyir, yaman sevinirik, irəli gedirik, sevincimizin həddi yoxdu. Sonra dostundan halallıq istəyir. Bilir ki, bu böyük sevincin – Zəfərin bir bədəli də olmalıdı, o da Vətən uğrunda şəhid olmaqdı...
    Altunun qızıl kimi ürəyi vardı, qəlbi tərtəmiz, arzuları pırıl-pırıl...
    Atası deyir ki, o tək mənim övladım deyil ki, xalqın balasıdı.
    Anası da, oğlunun uca adına, onun Vətən uğrunda şəhadətə qovuşmasına görə təskinlik tapır. Deyir, düzdü, baladı, candı, amma eşidəndə ki, Füzuli alınıb, düşündüm ki, balamın qanı yerdə qalmadı.
    Bacısını Altundan böyük olsa da onun adıyla tanıyırdılar. İndi də şəhid Altunun bacısı kimi tanıyırlar.
    Altunun bütün ailəsi bax belə, özü kimi qəhrəmandı. Atası televiziyaya müsahibəsinin sonunda ünlü türk yazarı Hüseyn Nihal Atsızdan özünəməxsus şəkildə bu misraları söyləyir:
    Qəhrəmanlıq günəş kimi parlayıb sönməməkdir...
    Anası da ona qoşulur:
    Və döyüşə atılıb bir daha dönməməkdir...

    Bu gün belə vətənpərvər ailədə dünyaya gələn, şəhid, mərd əsgər Altun Nüsrət oğlu Məmmədovun doğum günüdür. O, 1999-cu il avqustun 21-də Gəncə şəhərində anadan olub. 2006-cı ildə Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə həmin məktəbi bitirib. 2015-ci ildə Ağdam Dövlət Sosial-İqtisad Kollecinə daxil olub, 2019-cu ildə təhsilini başa vurub. 2019-cu il iyulun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

    Azərbaycan Ordusunun əsgəri olan Altun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
    Altun Məmmədov oktyabrın 4-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Altun Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
    Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Altun balamız!

    Mina RƏŞİD





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib16 dəfə
    Balamın qanı yerdə qalmadı...

    Maraqlı gələ bilər
    35
    46
    55
    42