ABŞ Prezidenti Co Bayden rəqibi Donald Trampla debatdakı çıxışını şərh edib.
xocalininsesi.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Time" yazıb.
"Gecəmi pis keçirdim və fakt budur ki, mən pis çıxış etdim. Təəssüf ki, səhv etdim", - Amerika lideri açıq şəkildə etiraf edib.
Bayden əlavə edib ki, səhnədə keçirdiyi 90 dəqiqə onun Ağ Evdəki 3,5 illik işini inkar etmir.
Qeyd edək ki, Trampla debat zamanı Baydenin səhvlərə yol verdiyi, açıqlamalarının aydın olmadığı, tədbir boyu boğulduğu, bəzən titrədiyi və debatdan həyəcanlı ayrıldığı bildirilirdi.
xocalininsesi.azMənbə: https://news.milli.az/world/1216084.html