Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Bayraq Səhvi: Azərbaycanın Suverenliyinə Sayğı və Diplomatik Həssaslıq”

0

  • 2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum zamanı Prezident İlham Əliyevin çıxışı bir çox mühüm məsələlərə aydınlıq gətirdi. Bu çıxışda regional sülh, beynəlxalq münasibətlər və ikili standartlarla bağlı bir sıra mühüm məqamlar yer aldı. Xüsusilə Almaniya Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verən bir hadisəyə dair Prezidentin verdiyi açıqlama ictimaiyyətin və beynəlxalq dairələrin diqqətini çəkdi. Belə ki, İlham Əliyev səfərdən əvvəl Almaniya Prezidentinin administrasiyası tərəfindən ləğv edilmiş qeyri-qanuni işğalçı rejimin bayrağının yerləşdirilməsi ilə bağlı məsələyə toxunaraq bu hadisənin doğurduğu təəccüb və narahatlığı açıq şəkildə ifadə etdi. Prezident bildirdi ki, bu görüntünü görəndə hamımız çox təəccübləndik. Çünki bu, təkcə diplomatik protokol qaydalarının pozulması deyil, həm də Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa açıq hörmətsizlik kimi qiymətləndirilə bilərdi.

    Bu məsələ, əslində, ikili standartların və bəzi Avropa ölkələrinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hələ də tam obyektiv olmayan yanaşmalarının göstəricisidir. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etmiş, separatçılığa son qoymuş və beynəlxalq hüququn prinsiplərinə əsasən Qarabağ üzərində tam suverenliyini bərpa etmiş bir dövlətdir. Belə olan halda, Almaniya kimi beynəlxalq hüququn və qayda əsaslı beynəlxalq sistemin müdafiəçisi kimi çıxış edən bir ölkənin Prezidentinin rəsmi səfərindən əvvəl, ləğv olunmuş və tanınmamış qondarma rejimin bayrağının yerləşdirilməsi Azərbaycan xalqı tərəfindən haqlı olaraq etirazla qarşılandı. Prezidentin forumdakı bu açıqlaması, əslində, həm Azərbaycan xalqının haqlı narahatlığını dilə gətirir, həm də belə halların diplomatik münasibətlərə və qarşılıqlı etimada necə zərər vurduğunu nümayiş etdirir.

    Bununla yanaşı, İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfinin təmkinli və diplomatik yanaşması nəticəsində bu məsələ rəsmi səviyyədə tezliklə düzəldildi. Almaniya Prezidentinin administrasiyası bu səhvi aradan qaldırdı və bu da onu göstərdi ki, belə hadisələr, bəzən daxili mexanizmlərdəki diqqətsizlikdən qaynaqlana bilər. Lakin bu, məsuliyyəti azaltmır. Çünki xüsusilə yüksək səviyyəli səfərlər zamanı hər bir simvol, bayraq, protokol addımı dövlətlərin suverenliyinə və qarşılıqlı münasibətlərinə dair simvolik anlam daşıyır. Prezident Əliyev, bu məsələni beynəlxalq auditoriya qarşısında səsləndirməklə həm Azərbaycan dövlətinin prinsipial mövqeyini göstərdi, həm də gələcəkdə belə halların təkrarlanmaması üçün ciddi mesaj verdi.

    Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe artıq bu cür hallar qarşısında susmaq yox, onları açıq və diplomatik şəkildə gündəmə gətirmək gücündədir. ADA Universitetində keçirilən forum zamanı Prezidentin bu cəsarətli çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrin arxasınca gedən deyil, onları yönləndirən, öz maraqlarını müdafiə edən, suverenliyinə qarşı istənilən açıq və ya dolayı hörmətsizliyə dərhal reaksiya verən bir dövlətdir. Eyni zamanda, bu məsələ fonunda Prezidentin göstərdiyi diplomatik yanaşma – hadisəyə emosiyasız, amma prinsipial mövqedən yanaşma tərzi – Azərbaycanın yetkin və müstəqil xarici siyasət yürütməsinin göstəricisidir.
    Şəhriyar Quliyev
    Vətən müharibəsi iştirakçısı

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib30 dəfə
    “Bayraq Səhvi: Azərbaycanın Suverenliyinə Sayğı Diplomatik Həssaslıq”

    Maraqlı gələ bilər
    79
    74