Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Böyük Qayıdış uğurla davam etdirilir, əhalinin doğma yurdlarına qayıdışı ardıcıl olaraq yerinə yetirilir

0

  • Hələ torpaqlarımız işğal altında olarkən "Böyük Qayıdış" proqramı haqqında söhbət gedəndə, bu proqramın gerçəkləşməsi bizə xəyal kimi görünürdü. Çünki torpaqlar işğaldan azad edilməmişdi. Necə deyərlər, düşmən işğal altında saxladığı ərazilərimizdə at oynadır, bizi yeni ərazilər işğal edəcəyi ilə hədələyirdi. Bir sözlə "Arxalı köpək qurd basar" misalı ilə hərəkət edən ermənilər torpaqlarımızı sülh yolu ilə qaytarmır, onların havadarları isə məsələnin hərbi yolla həll edilməsinin qeyri - mümkün olmasını vurğulayır, ölkəmizi təslimçiliyə sövq etməyə çalışırdılar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Bütün qeyd olunanlara rəğmən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan danışıqlarda qətiyyətli mövqe nümayiş etdirir, işğal altında olan ərazilərimizin bir santimetrinin belə düşmənə güzəştə getməyəcəyini vurğulayırdı. Doğrudur, ermənilər də bilirdilər ki, işğal etdikləri torpaqlar onların deyil, nə vaxtsa həmin torpaqları əsil sahiblərinə qaytarmalı olacaqlar. Lakin onlar da təsəvvür etmirdilər ki, nə vaxtsa Azərbaycan müharibə yolu ilə öz tirpaqlarını qısa müddətdə geri qaytaracaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Bəli, bu hadisə baş verdi. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını mənfur düşməndən təmizlədi. Vaxtilə işğal etdikləri torpaqlarımızda meydan sulayan, hərdən bizə hədə - qorxu gələn ermənilər rəşadətli Azərbaycan ordusunun, onun Ali Baş Komandanı İlham Əliyevin qarşısında olduqca rəzil və miskin miskin vəziyyətə düşərək ağ bayraq qaldırdılar və kapitulyasiya aktına imza atdılar. Əbədi və əzəli Azərbaycan torpaqları mənfur düşməndən azad edildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra həmin ərazilərdə quruculuq - bərpa işlərinə başlanıldı. Qısa müddətdə infrastrukturun bərpası ilə paralel olaraq Böyük Qayıdış proqramına start verildi. Bu işləri həyata keçirtməklə bərabər Ölkə Başçısı bir çox beynəlxalq tədbirlərdə iştirak edir, ölkəmizdə bir çox beynəlxalq görüşlərin, forumların, sammitlərin keçirilməsinə nail olur, görülən işlər barədə dünya ictimaiyyətini əyani şəkildə məlumatlandırır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Dekabrın 6 - da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ : 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumu keçirilib. Forumda çıxış edən Azərbaycan Prezidenti görülən işlər barədə iştirakçılara məlumat vermişdir. Ölkə başçısı əsas çətinliyin işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən infrastrukturun, kənd və şəhərlərin, bütün hər şeyin dağıdılması, talan edilməsi olduğunu qeyd etmişdir. Bütün bunlar erməni xislətinin, erməni vəhşiliyinin bariz nümunəsidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycan Prezidenti çıxışına davam edərək qeyd etmişdir ki, bütün çətinliklərə baxmayaraq Böyük Qayıdış proqramı sürətlə davam etdirilir, əhalinin doğma yurdlarına qayıdışı ardıcıl olaraq yerinə yetirilir. Elə gün olmur ki, müəyyən qrup insanların öz evlərinə qayıdışı baş verməsin. Daha sonra Azərbaycan Prezidenti sülh prosesinin gedişi barədə də Forum iştirakçılarını məlumatlandırıb. O, bir daha vurğulamışdır ki, bölgədə sülhün bərqərar olmasının alternativi yoxdur və bu proses birinci növbədə Ermənistanın xeyrinədir. Çünki sülh iqtisadi cəhətdən geridə qalan Ermənistanın öz iqtisadiyyatını gücləndirməyə təkan verəcək əsas amillərdən biridir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Azərbaycanın müharibədən sonrakı dövrdə həyata keçirdiyi böyük işlər, əldə etdiyi nailiyyətlər, xalqımızın parlaq gələcəyi üçün möhtəşəm zəmin yaradır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
    Ziya Əliyev,
    ​Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib215 dəfə
    Böyük Qayıdış uğurla davam etdirilir əhalinin doğma yurdlarına qayıdışı ardıcıl olaraq yerinə yetirilir

    Maraqlı gələ bilər
    25
    41
    58
    29
    22
    57