Braziliyada keçirilən oyun zamanı meydançaya ildırım düşüb.
xocalininsesi.az xarici mətbuata istinadən xəbər verir ki, ildırım vuran 21 yaşlı futbolçu Kaio Henrike həyatını itirib. 6 futbolçu isə xəsarət alıb.
Hadisə "Unidos de Santo Antanio da Platina" və "Uniao Japirense de Japira" komandaları arasında "Xose Eleuterio da Silva" stadionunda keçirilən Regional Həvəskar Futbol Kubokunun ilk yarısında baş verib.
Yaralı futbolçular Santo Antonio de Platina Regional Xəstəxanasında müalicə olunublar. Futbolçulardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/sport/1165843.html