Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün güllələnən baş nazirin maraqlı həyatı…

0

  • Xəbər verdiyimiz kimi, bu gün Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd edilib.
    xocalininsesi.az axar.az-a istinadən xəbər verir ki, Robert Fitso ölkə tarixində 3 dəfə geridönüş edə bilən və üst-üstə 10 ildən çox baş nazir olan şəxs kimi rekorda sahibdir.
    O, 15 sentyabr 1964-cü ildə anadan olub. 2023-cü ildən Slovakiyanın Baş naziri vəzifəsini icra edir. Daha öncə siyasətçi 2006-2010-cu illərdə və 2012-2018-ci illərdə baş nazir olub.
    O, 1999-cu ildə İstiqamət - Sosial Demokratiya Partiyasını təsis edib.
    2010-cu il parlament seçkilərindən sonra Fitso müxalifətdə olan deputat kimi fəaliyyət göstərib, faktiki olaraq müxalifət lideri vəzifəsini icra edib. İveta Radiçova kabinetinə qarşı etimadsızlıq təklifindən sonra Fitso 2012-ci il parlament seçkilərində partiyanı böyük seçki qələbəsinə apararaq, 83 mandat qazanıb və parlamentdə mütləq çoxluğa malik hökuməti formalaşdırdıqdan sonra yenidən baş nazir vəzifəsinə qayıdıb.
    15 mart 2018-ci ildə Yan Kuçiakın öldürülməsindən sonra yaranan siyasi böhran səbəbindən Fitso istefasını Prezident Andrey Kiskaya təqdim edib, yeni hökuməti baş nazirin müavini Peter Pelleqrini (yeni prezident seçkilərinin qalibi, vəzifəsinin icrasına 15 iyundan başlayacaq - red.) qurub.
    2023-cü il parlament seçkiləri zamanı Fitso Ukraynaya hərbi dəstəyi dayandırmaq üçün kampaniya başladıb.
    Olduqca praqmatik, müstəqil və milli siyasət yürütməyə çalışan siyasətçi kimi tanınır. Ukraynada müharibənin qəti əleydarı və Rusiya ilə danışıqların tərəfdarı kimi çıxış edir.
    xocalininsesi.az
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1204519.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDünya
    KateqoriyaHadisə
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi5 ay öncə
    İzlənib38 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    0
    172