Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün şəhid Emil Sadıqzadənin doğum günüdür

0

  • Emil musiqi məktəbini bitirmişdi. Qarmonunu Azərbaycan bayrağının rəngləri ilə bəzəmişdi və hərbi hissədə ifaları ilə mədəni tədbirlərə xüsusi rəng qatırdı. Amma o musiqiçi olmaq istəmirdi. Bu xüsusi təyinatlı əsgər hərbi xidmətindən sonra özünü polis kimi görürdü.
    Atası deyir ki, Emil çox sir saxlayan, sözünə bütöv oğul idi. Müharibədə olduğunu belə bildirmək istəmirdi. “Emil təkcə mənim yox, həm də Vətənin oğlu olmağını seçdi. Vətəni üçün qəhrəman oldu”. Bu sözləri isə şəhidimizin anası söyləyib. Emilin sevdiyi vardı, anasıgil qızın ailəsinin razılığını da almışdılar...

    Vətən Müharibəsinin qəhrəman şəhidi Emil Əziz oğlu Sadıqzadə 2000-ci il iyunun 21-də Samux rayonunun Qovlarsarı kəndində anadan olub. 2006-cı ildə doğulduğu kənddə məktəbə yollanıb. Doqquzuncu sinifdən Gəncə Musiqi Kollecinə daxil olub. 2019-cu ildə kollecin qarmon müəllimliyi sinfini bitirib. Sonra hərbi xidmətə yollanıb və xidmətinin ilk 3 ayını geridə qoyduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Hərbi xidmətini bitirməsinə cəmi 3 ay qalmış torpaqlarımızın azadlığı uğrunda başlanan 44 günlük Vətən Müharibəsində döyüşlərə qatılıb və ilk gündən ön cəbhədəki qızğın döyüşlərdə vuruşub. Cəbrayıl, Füzuli və Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib.
    Emil Sadıqzadə oktyabrın 14-də Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhadətə ucalıb.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Emil Sadıqzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
    Bu gün adını Vətən tarixinə qızıl hərflərlə qanıyla yazmış qəhrəman şəhidimiz Emil Sadıqzadənin doğum günüdür.
    Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Emil balamız!

    Mina RƏŞİD

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib36 dəfə
    bu gün şəhid emil sadıqzadənin doğum günüdür

    Maraqlı gələ bilər
    52
    65
    390
    115