Almaniyanın Hamburq şəhərində yerli hakimiyyət orqanları qurbağa populyasiyasını xilas etmək üçün tunellərin tikintisinə təxminən 500 min avro (920 min manat) xərcləyiblər.
xocalininsesi.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Bild" öz mənbələrinə istinadla bildirib.
"Polad və betondan hazırlanmış dörd tunel vergi ödəyicilərinə təxminən yarım milyon avroya başa gəldi", - deyə nəşr vurğulayıb.
Qeyd olunub ki, yerli təbiət mühafizəçiləri 2020-ci ildə 1 002, bir il sonra isə 616 qurbağa sayıblar. Həmçinin gölməçə tritonlarının sayı da azalıb.
Yaşıllar Partiyasından olan yerli hakimiyyət suda-quruda yaşayanların yollardan keçməsinin qarşısını almaq üçün yeraltı tunellər tikməyə başlayıb.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/world/1180128.html