Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu xəstəxananın sabiq şöbə müdirinə 10 il cəza istənildi

0

  • "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
    xocalininsesi.az APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
    Prokuror təqsirləndirilən Hüseyn Seyidovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    Məhkəmə prosesi dekabrın 13-də davam etdiriləcək.
    Qeyd edək ki, Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
    Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.

    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1162387.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCinayət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi11 ay öncə
    İzlənib75 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər