Hər birimiz qədim, keşməkeşli tarixə malik Azərbaycanın son 36 illik tarixinin canlı şahidiyik. Qədim zamanlarda olduğu kimi sivilizasiyanın, elmi-texniki tərəqqinin inkişaf etdiyi, kosmosun insan tərəfindən fəth edildiyi bu dövrdə də coğrafi mövqeyi, təbii sərvətləri ilə Azərbaycan yadellilərin diqqət mərkəzindədir. Elə bu diqqət mərkəzində olmağın nəticəsində 1988-ci ildən etibarən Azərbaycan zorla münaqişəyə cəlb olunmuş, 6 il ərzində Ermənistan tərəfindən torpaqlarının 20%-i işğala məruz qalmışdır. Əslində Ermənistan münaqişənin görünən tərəfidir. Münaqişənin alovlanmasında, Azərbaycan torpaqlarının işğalında dünyaya “demokratiya” dərsi keçən Fransa, ABŞ və s. kimi dövlətlərin rolu danılmaz fakt kimi açıq görünür. 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edən Azərbaycan əslində Ermənistanla yox, dünyanın böyük iqtisadi-hərbi gücə malik dövlətləri ilə qarşı-qarşıya mübarizə aparmalı olmuşdur. Fövqəl gücə malik dövlətlərə qarşı aparılan bu mübarizədə Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən, müdrik siyasət dayanır. Bu strategiya 2003-cü ilidən etibarən İlham Əliyevin müdrik siyasəti ilə yeni məcraya qədəm qoydu.
2003-cü ildə Prezident seçilərkən hər bir vətəndaşın Prezidenti olacağını bəyan edən İlham Əliyevin apardığı siyasət Azərbaycanın dinamik inkişafını uğurla təmin edən siyasətdir. Bu siyasi xətti müdrik Azərbaycan xalqı daim dəstəkləyir. Zərgər dəqiqliyi ilə aparılan uzaqgörən, müdrik siyasət nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalında rol oynamış fövqəl gücə malik dövlətlərə qarşı meydan oxumaqla ərazi bütövlüyümüzün təmin olunmasına nail oldu. Altı il ərzində havadarlarının köməyi ilə işğal etdikləri Azərbaycan torpaqlarından erməni şovinistləri 44 gün müddətində geri oturdularaq kapitulyasiya aktını imzalamağa məcbur oldular. Bununla da əslində Azərbaycan təkcə öz ərazilərini deyil, dənizdən-dənizə Ermənistan xülyasını məhv etməklə bir çox dövlətlərin ərazilərinin gələcək işğal planlarını məhv etmiş oldu. Yəqin ki, Ermənistan gələcəkdə bir də bu mənfur planı gündəmə gətirə bilməyəcək. İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan beş əsr əvvəldən itirdiklərinin geri qaytarılmasını təmin etmiş oldu.
Bütövlükdə Azərbaycanın, eləcə də hər bir Azərbaycan vətəndaşının taleyi İlham Əliyev siyasətinin mərkəzində dayanır. Ömürlük azadlıqdan məhrum edilmiş Ramil Səfərovun İlham Əliyev siyasəti nəticəsində azad olunması həqiqətən də Müzəffər Ali Baş Komandanın hər bir azərbaycanlının Prezidenti olmasının bariz təzahürüdür. Öz liderinə həmişə böyük inamı olan xalqımızda o dövrdə artıq belə bir qəti fikir formalaşdı ki, Ramil Səfərovu azad elətdirən İlham Əliyev öz müdrik siyasəti ilə tezliklə işğal altında olan torpaqlarımızı da işğaldan azad etdirəcəkdir. Heydər Əliyev siyasəti Azərbaycanı dağılmaqdan,məhv olmaqdan qurtardı, İlham Əliyev siyasəti isə Azərbaycanı lider dövlətlər cərgəsinə gətirib çıxardı. Artıq dünyanın fövqəl gücə malik dövlətləri Azərbaycanla, İlham Əliyev siyasəti ilə hesablaşmalı olur.
Hər bir azərbaycanlının illər uzunu ürəyində ən böyük arzusu işğal altında olan ata-baba torpaqlarımızın işğaldan azad olunması olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının arzusunu reallığa çevirən liderdir. 44 günlük Vətən müharibəsi, 2022-ci və 2023-cü ilin sentyabr aylarında aparılmış antiterror əməliyyatları ilə terror yuvası məhv edilməklə Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin olundu.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edən Müzəffər Ali Baş Komandan bir daha ürəyimizdə olan arzularımızın 2024-cü ildə reallaşacağı müjdəsini verdi. Biz qalib Azərbaycanın vətəndaşı olaraq öz liderimizlə fəxr edirik. İlham Əliyev cənablarının Böyük Qayıdışla bağlı bir fikri var: “Biz keçmiş məcburi köçkünlərin ləyaqətli qayıdışını təmin edəcəyik”. Bu fikir böyük bir Dövlət Proqramı olaraq yenə də hər bir keçmiş məcburi köçkünün diqqət və qayğı ilə əhatə olunmasını göstərir. İlham Əliyevin müdrik siyasəti nəticəsində işğaldan azad olunmuş ərazilərimiz tezliklə gülüstana çevriləcək, hər bir keçmiş məcburi köçkünün ləyaqətli qayıdışı təmin olunacaqdır.
Müzəffər Ali Baş Komandanımız 07 fevral 2024-cü il tarixdə Xankəndi şəhərində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində səsvermə prosesində iştirak etməklə erməni separatizminin tabutuna sonuncu mismarı vurdu. 18 mart 2024-cü il tarixdə Müzəffər Ali Baş Komandanımızın alovlandırdığı Novruz tonqalı tabutda olan erməni separatizminin külünü göyə sovurdu.
Nəcəf Həsənov,
Xocalı rayon ziyalısı