20 oktyabr – 20 noyabr tarixlərində Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində Uşaq hüquqlar aylığı çərçivəsində erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.
Tədbir zamanı şagirdlərimizə Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası" təsdiq edilmiş “Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə müvafiq dövlət qurumlarına tədbirlərin görülməsi tapşırığından danışıldı.
Cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir. "Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Gələcəyimiz olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”