Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezident İlham Əliyev xalqa müraciətində yeni müjdələr verdi

0

  • Cənab Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə yeni müjdələr verdiyi xalqa müraciəti hər birimizi qürurlandırdı. Bu müraciət əvvəlki illərdəki ənənəvi müraciətlərdən fərqlənirdi. Bu, ərazi bütövlüyü tamamilə bərpa olunmuş, hər bir məntəqəsində üçrəngli bayrağımızın dalğalandığı qalib ölkənin müzəffər Ali Baş Komandanının müraciəti idi. Bu, qısa zaman kəsiyində uzun illər işğal altında qalan doğma torpaqlarımızın Şəhidlərimizin qanı bahasına, qazilərimizin şücaəti, Ordumuzun rəşadəti hesabına azad edilərək əldə olunmuş Böyük Zəfərə imza atan qalib Sərkərdənin müraciəti idi.
    Cənab Prezidentin müraciətindəki önəmli məqamlardan biri işğaldan azad olunmuş ərazilərə insanların köçürülməsi ilə bağlı idi. 2024-cü ildə yenicə separatçılardan təmizlənmiş Xocalıya və Xankəndiyə sakinlərin qayıdışı ilə bağlı xəbər biz xocalılıları daha çox sevindirdi. Çünki 32 illik ağrılı- acılı ayrılıqdan sonra biz doğma torpaqlarımıza qovuşacağıq. O torpaqları yenidən dirçəldəcəyik, qurub-yaradacağıq. O torpaqlarda əbədi yaşayacağıq.
    Dövlət başçımız 2024-cü ildə görüləcək digər işlərdən də söhbət açdı. Ölkə iqtisadiyyatı, xüsusilə, müdafiə sənayesi ilə bağlı mühüm işlərin görüləcəyini bəyan etdi.
    Cənab Prezidentin xalqa müraciəti, təbriki çox əhatəli idi. Ölkə rəhbəri öz çıxışında insanları maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. 2024-cü il həm Böyük Qayıdış, həm inkişaf, həm də tərəqqi ili olacaq .
    Yaşasın Azərbaycan!
    Var olsun Ali Baş Komandan!
    Zülfü Quliyev,
    Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib100 dəfə
    prezident ilham eliyev qarabag

    Maraqlı gələ bilər
    41
    49