Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənnətdəki doğum günün mübarək...

0

  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, çavuş Əli Ələsgər oğlu Əliyevin doğum günüdür. O, 1997-ci il iyunun 6-da Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. 2003-2008-ci illərdə Füzuli rayon Aşağı Yağlıvənd kənd tam orta məktəbində, 2008-2012-ci illərdə Abşeron rayon Qobu qəsəbə orta məktəbində təhsil alıb. 2012-2014-cü illərdə qaynaqçılıq ixtisası üzrə peşə təhsilinə yiyələnib.
    Əli Əliyev 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
    Tariximizə “Aprel döyüşləri” kimi yazılan döyüşlərdə Əli Əliyev atıcı kimi vuruşub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
    Döyüşlərdən sonra Əli Əliyev "kiçik çavuş" rütbəsində Vətənə xidmət edib. 2017-ci ildə hərbi xidmətdən tərxis olunub və mülki fəaliyyətinə davam edib.
    2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayıb. Əli Əliyev də həmin səfərbərliyə qoşulub. O, 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.
    Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində manqa komandiri olaraq iştirak edib. Cəbrayıl, Xocavənd, Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdlikə vuruşub.
    Əli Əliyev 2020-ci il noyabrın 6-da Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əli Əliyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Əli balamız!

    Mina RƏŞİD

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib20 dəfə
    Cənnətdəki doğum günün mübarək...

    Maraqlı gələ bilər
    49
    32
    43
    41