23.06.2024 -cü il traixdə Xocalı rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı Gəncə şəhəri Yeni Qəsəbədə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 №li sərəncamı ilə bağlı olaraq Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması məqsədilə rayon ictimaiyyəti ilə maarifləndirici görüş keçirilmişdir. Görüş zamanı qeyd olunmuşdur ki, Çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədlərinə nail olmaq üçün qabaqcıl təcrübədən yararlanmaqla normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsinə ehtiyac vardır. Sosial xidmət sisteminin səviyyəsini şərtləndirən başlıca amil göstərilən sosial xidmətlərin keyfiyyəti və səmərəliliyi olduğu üçün bütün bunların mütəmadi nəzarətdə saxlanılması zəruridir. Eyni zamanda keçirilmiş tədbirdə bu istriqamətdə beynəlxalq təcrübənin, innovativ texnoloji həllərin öyrənilməsi və tətbiqi ilə əlaqədar məsələr müzakirə olunmuş və mövzü ilə əlaqədar tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.