COP28 konfransında Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub.
xocalininsesi.az Trend-ə istinadən bu barədə bazar ertəsi xəbər verir.
Qeyd edək ki, Dubayda (BƏƏ) COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib.
Xatırladaq ki, sonuncu COP28 cari il Dubayda keçirilir. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür.
Videonu təqdim edirik:
xocalininsesi.az
Mənbə: https://news.milli.az/society/1165684.html