Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
COP29 və Azərbaycanın Kiçik Ada Dövlətləri ilə Tərəfdaşlığı: İqlim Ədalətinə Doğru Bir Addım

0

  • Azərbaycan özünü yalnız bir tədbir təşkilatçısı kimi yox, eyni zamanda qlobal iqlim problemlərinə həssas yanaşan bir ölkə kimi təqdim edir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, kiçik ada dövlətləri bu məsələdə dünyaya bir mesaj çatdırmaq istəyirlər: iqlim dəyişikliyi ilə mübarizədə zəif olanları unutmaq olmaz. İqlim dəyişikliklərinin fəsadlarına qarşı ən həssas olan kiçik ada dövlətləri üçün bu mübarizə, varlıq-yoxluq məsələsinə çevrilmişdir.

    Azərbaycanın təcrübəsi göstərir ki, iqlim dəyişikliyi hər kəs üçün real təhdiddir. Xəzər dənizinin səviyyəsi getdikcə aşağı düşür, qış aylarında qar azlığı və su ehtiyatlarının azalması ilə bağlı problemlər isə kənd təsərrüfatını, su resurslarını və hətta cəmiyyətin gündəlik həyatını təsir altına alır. Bununla yanaşı, kiçik ada dövlətlərinin yaşadığı təhdidlərin böyüklüyü ilə müqayisədə Azərbaycanın problemləri az qala cüzi görünür. Bu dövlətlər, yüksələn dəniz səviyyəsi və ekstremal hava şəraitindən dolayı məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

    Azərbaycanda bu vəziyyətə qarşı böyük bir həmrəylik mövcuddur. İllərdir Azərbaycan müxtəlif ölkələrə, xüsusilə təbii fəlakətlərdən təsirlənən dövlətlərə yardım göstərir. Azərbaycanın təhsil proqramları vasitəsilə ondan çox kiçik ada dövlətindən olan tələbələr təhsil almaq üçün buraya gəliblər. Bu da Azərbaycanı humanitar dəyərlərə sadiq bir ölkə olaraq ön plana çıxarır.

    May ayında Baham adaları, Tonqa və Tuvalu liderlərinin Azərbaycana səfəri ilə bu münasibətlər daha da dərinləşdi. Görüş nəticəsində qəbul olunan Bakı Kommünikesi, xüsusilə kiçik ada dövlətləri üçün iqlim maliyyəsinin artırılmasına və qlobal səviyyədə iqlim ədalətinə çağırış edir. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm görüşdə İtki və Zərərə Cavab Fondu yaradıldı və bu, iqlim dəyişikliyinin təsirlərindən zərər çəkən ölkələr üçün maliyyə dəstəyi mexanizminin başlanğıcı kimi dəyərləndirilir.

    Azərbaycanın bu təşəbbüsləri, yalnız iqlim dəyişikliyi ilə mübarizə üçün deyil, eyni zamanda inkişaf etməkdə olan ölkələrə, xüsusən də zəif ada dövlətlərinə dəstək vermək niyyətini ifadə edir. Azərbaycanın bu prosesdə fəal rolu, kiçik dövlətlərin səsinin qlobal səviyyədə eşidilməsini təmin etmək üçün atılmış vacib bir addımdır. COP29-dakı bu əməkdaşlıq, iqlim ədalətinə doğru dünya birliyində yeni bir səhifə açır.
    Anar Əliyev
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi6 gün öncə
    İzlənib16 dəfə
    COP29 Azərbaycanın Kiçik Ada Dövlətləri ilə Tərəfdaşlığı: İqlim Ədalətinə Doğru Bir Addım

    Maraqlı gələ bilər
    53
    44
    0
    52
    40
    55