Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dayanıqlı İnkişafın Nəticələri və Perspektivləri

0


  • Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin son illərdə əldə etdiyi iqtisadi və sosial nailiyyətlər barədə ətraflı məlumat verib. Prezidentin çıxışı, Azərbaycanın iqtisadi inkişaf templərinin və sosial siyasətinin dayanıqlı əsaslara söykəndiyini bir daha təsdiqlədi.
    Ölkənin ümumi daxili məhsulu (ÜDM) ötən il 4%-dən çox artaraq dünya iqtisadiyyatının hazırkı mənzərəsi ilə müqayisədə müsbət bir nəticə göstərdi. Bu artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorunun inkişafı oldu. Qeyri-neft sektoru 6%-dən çox, qeyri-neft sənayesi isə 7%-dən çox artım nümayiş etdirərək Azərbaycanın iqtisadi diversifikasiya sahəsindəki strategiyasının düzgünlüyünü sübut etdi. Prezident vurğulayıb ki, ölkənin gələcək iqtisadi prioritetləri məhz sənaye istehsalının artırılması və qeyri-neft sahələrində rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.
    Uzun illər ərzində həyata keçirilən iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində Azərbaycanın beynəlxalq reytinq agentlikləri qarşısında mövqeyi güclənib. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 7.2% təşkil etməsi ölkəni bu göstərici üzrə dünya liderlərindən birinə çevirib. Valyuta ehtiyatlarının xarici borcu 14 dəfə üstələməsi isə ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini nümayiş etdirir.
    Azərbaycanın rekord səviyyədə büdcə formalaşdırması da diqqətəlayiq məqamdır. 2024-cü ilin icmal büdcəsi 48 milyard manatdan çox olub, bununla yanaşı, sosial proqramlara və Qarabağın bərpasına böyük vəsait ayrılıb. Prezident İlham Əliyev vurğulayıb ki, ölkənin valyuta ehtiyatları 2024-cü ildə 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Bu, 10 milyon əhalisi olan bir ölkə üçün misilsiz bir göstəricidir.
    Sosial sahədə də əhəmiyyətli addımlar atılıb. 2025-ci ilin yanvarından minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya isə 40 manat artırılaraq 320 manata çatdırılıb. Prezident qeyd edib ki, dövlətin sosial siyasətində əsas prinsip ədalətlilikdir. Son illərdə həyata keçirilmiş dörd sosial paket çərçivəsində bu sahəyə 7 milyard manatdan çox vəsait ayrılıb.
    Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın iqtisadi siyasəti yalnız makroiqtisadi göstəricilərlə deyil, həm də vətəndaşların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən sosial tədbirlərlə səciyyələnir. Ölkənin iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, gələcək illərdə də sosial və iqtisadi inkişafın bir-birini tamamlayacağı gözlənilir.
    Xocalı rayon ziyalısı Allahverdiyev Bəxtiyar
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Dayanıqlı İnkişafın Nəticələri Perspektivləri

    Maraqlı gələ bilər
    67
    67
    52