Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər

0

  • Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" başlığı altında 26 iyun BMT-nin "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" ilə əlaqədar, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi. Xocalı RPŞ-nin Akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, Komissiyanın üzvləri, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, təhsil işçiləri, məktəb psixoloqları, valideynlər və məktəblilər iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva bildirdi ki, rayonumuzda narkomaniya xəstəliyindən əziyyət çəkən və müalicə olunan qeydiyyata götürülmüş şəxs yoxdur. Buna görə də rayonumuzda keçirilən tədbirlər maarifləndirici və profiloaktik mövzuları əhatə edir. Narkotikanın zərərlərindən danışan Lamiyə Qarayeva narkotik istifadəçilərinin təkcə özlərinə zərər yox, eyni zamanda ətrafdakı insanlara da zərər yetirdiklərini, cinayət əməlləri törətdiklərini dedi.

    Ailənin insanın həyatında və inkişafında çox vacib rol oynadığını vurğulayan Lamiyə Qarayeva narkotik maddələrdən istifadə edən gənclərin böyük əksəriyyətinin ailəsində də bu maddələrdən istifadə edən şəxslərin olduğu müəyyən edildiyini bildirdi.

    Lamiyə Qarayeva fikirlərinə əlavə etdi ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə mütəmadi olaraq maarifləndirici tədbirlər aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyillidirlər və buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar. Məktəblə valideynlər arasında əlaqə möhkəm olmalıdır.

    Sonra Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, rayon gəncləri və yeniyetmələr arasında narkomaniya ilə mübarizə tədbirləri məqsədilə, həmçinin onların asudə vaxtın səmərəli təşkili və zərərli vərdişlərdən kənar olmaq məqsədilə mütəmadi olaraq idman yarışları və intellektual oyunlar keçirilir, müxtəlif ekskursiyalar təşkil edilir.

    "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında narkomaniya bəlasının fəsadları barədə söz açdı. Təəssüf hissi ilə qeyd etdi ki, yuxarı siniflərdə oxuyan bəzi qızlar da narkotik vasitələrin aludəçisinə çevriliblər. Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyan artmaqdadır. Elə məhz boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da narkomaniya ilə bağlıdır.

    Bu bəla ilə mübarizədə hər birimiz fəal olmalıyıq. Hər kəs cəmiyyətin bir üzvü kimi narkomaniyaya ilə mübarizəyə qoşulmalıdır. Qarşılaşdığımız mənfi hallara öz münasibətimizi bildirməli və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməliyik. Övladlarımızla, gələcəyimizlə laqeyd münasibət göstərmək əvəzinə, onlarla dostluq münasibəti qurmalıyıq. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır.

    Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun əməkdaşı Xəyyam Cəfərov bildirdi ki, Xocalı rayonun ümumtəhsil məktəblərində "Nakomaniya əsrin bəlasıdır", "Ağ ölümlə mübarizə", "Sağlam gələcək naminə!" və digər mövzularda müxtəlif tədbirlər keçirilir. Tədbirlərdə şagirdlərə zərərli vərdişlərdən qorunması yolları barədə söhbətlər aparılır, asudə vaxtın səmərəli təşkil olunması, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.

    Narkomaniya bəlası mövzusunda şagirdlər arasında inşa və rəsm müsabiqələri təşkil edilir. Fəal şagirdlər tərəfindən divar qəzetləri və bukletlər tərtib olunaraq şagirdlərə paylanılır.

    Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov məruzə ilə çıxışında bildirdi ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə məqsədilə müxtəlif qanun, fərman və sərəncamlar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamı insanları sağalmaz xəstəliklərə düşar edən bu bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək lazımdır.

    Tural Xəlilov qeyd etdi ki, bir neçə il bundan əvvəl narkotik qəbul edənlərin tam əksəriyyəti 25-59 yaş arasında idisə, indi bu hədd çox sürətlə aşağı düşməyə başlayıb və artıq 14-50 yaş qeyd olunur. Narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat, təşviqat və s. üsullarla yanaşı, inzibati metodlar da istifadə olunmalıdır.

    Tədbirin sonunda "Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" adlı film nümayiş edildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib40 dəfə

    Maraqlı gələ bilər
    29
    115
    39