Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ad çəkmədən Ermənistan rəsmilərinin bu və ya başqa iddialarına cavab verib, yeni ismarışlar göndərib.Cənab Prezidentimiz İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya bir sıra istiqamətlərdə ismarışlar verib. Onların arasında Ermənistan cəmiyyətinə, ona rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var. Ermənistanın Bakının təkliflərinə cavabı iki aydan çox yubatması onun havadarları ilə məsləhətləşmələr aparmasından, havadarları və erməni lobbisinin əlaqələri ilə rəsmi Bakıya təzyiqlərin artırılacağına arxayınlıqdan irəli gəlir. Ermənistan hakimiyyətinə və havadarlarına Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Ermənistan cəmiyyətinə yenə bir sıra havadarları boş vədlər verir, onu Azərbaycana qarşı hazırlayırlar. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirləri Fransa və Hindistan hakimiyyətlərinin İrəvanı silahlandırmasına, İran rəsmilərinin Zəngəzur yoluna dair açıqlamalarına cavab da saymaq olar. Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırıb. Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir.
Dövlət başçısı Azərbaycanla Ermənistan arasında sərhəd, ərazi məsələsinə dair iddiaları da cavablandırıb. O, Ermənistan hakimiyyəti və onun sponsorlarının 1970, 1975, 1990-cı illərin xəritələri ilə bağlı müxtəlif çıxışların açıq şəkildə cavablandırıb. XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir.
Azərbaycanın normallaşma və sülh prosesinə sadiq qaldığını, qaranlıq, ətrafında qalmaqal və şou yaradılan məsələlərə açıq-aydın münasibət bildirib. O, bununla həm də Azərbaycan cəmiyyətinin gələcək hədəflərini açıqlayıb. Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.
Sonda yeni ildə dövlətimizə və dövlət başçımıza yeni uğurlar arzulayırıq.
Aytən Həsrətova,
Xocalı rayon Qaragav kənd tam orta məktəbinin müəllimi