26.12.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində çalışan dövlət qulluqçularının iştirakı ilə "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi" məqsədilə ümumiləşdirilmiş hesabat xarakterli müzakirə təşkil edilmişdir.
İclasda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər dinlənilmiş və mövzu ətrafında çıxışlar edilmişdir.
Tədbirdə çıxış edən rayon İHB-nın müavini Lamiyyə Qarayeva dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşdığını və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edildiyini , ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılı olduğunu bildirdi.