Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünya haqqın-dünya türkün dünyası

0

  • 06 iyul 2024-cü il tarixində Azərbaycanımızın dilbər guşələrindən biri olan Şuşa şəhəri yenidən mötəbər bir tədbirə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatının qeyir-rəsmi Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,Qırğız Prezidenti Sadır Japarov,Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev,Macarıstanın Baş naziri Viktor Orban,Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz,Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar,Türk Dövlətləri Təşkilatının Baş katibi Kubamçek Omuralıyev iştirak etmişlər. 2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu Zirvə görüşü rəmzi məna daşıyır. Azərbaycanı sevən bütün dövlətlər,xüsusilə türkdilli dövlətlər üçün Şuşa tarixi və müqəddəs məkandır. Şuşa müvəqqəti işğada olmasına baxmayaraq bu müqəddəsliyi özünün tarixi yenilməzliyi ilə qazanmışdır. Bu birlik böyük coğrafiyanı əhatə etdiyinə görə bir çox ölkələr bu birliklə hesablaşmalı olacaq. Azərbaycan haqq işini dünyaya bəyan edərkən vasitəçi qismində çıxış edənlər döyüş meydanlarında Azərbaycanın hərbi gücünün yüksək səviyyədə olduğunun şahidi oldu. Zəngin təbii ehtiyatlarımız,onların nəqli üçün əlverişli coğrafiyada yerləşməyimiz,zəngin,qədim tariximiz,ənənələrimiz bizim böyük sərvətimizdir.Qardaş dövlətləri təmsil edən nümayəndələri bir araya toplayan Müzəffər Ali Baş Komandan İlham Əliyev XXI əsr Türk dünyasının yüksəlişi olmasına möhürünü vurdu.Görüşün sonunda Türk Dövlətləri Təşkilatının nüfuzunu artıran Qarabağ Bəyannaməsi qəbul olundu. Artıq işğaldan azad olunmuş bölgələrimizə soydaşlarımızın dönüşü Böyük Qayıdışın əyani təzahürüdür. Bu işdə Azərbaycanı dəstəkləyən qardaş dövlətlərə öz təşəkkürümü bildirirəm. Bütün görülən işlər,atılan düzgün addımlar dünya şöhrətli siyasətçi,yenilməz sərkərdə İlham Əliyev cənablarının böyük zəhmətinin uğurlu nəticəsidir. Allah hər zaman ona yar və yardımçı olsun.
    Aydın Həsənov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib110 dəfə
    Dünya haqqın dünya türkün dünyası

    Maraqlı gələ bilər
    53
    41
    6
    49
    38