12 fevral 2024-cü il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə sosial xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında Xocalı rayon əhalisi arasında maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Keşirilmiş tədbirdə qeyd olunmuşdur ki, son illərdə həyata keçirilmiş uğurlu sosial siyasət nəticəsində həssas əhali qruplarından olan (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, bu səbəbdən sosial xidmət müəssisələrində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər, əlilliyi olan uşaqlar, baxımsızlığa və sosial təhlükəli vəziyyətə məruz qalmış, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslər, insan alveri qurbanları və belə risklə üzləşən şəxslər, məişət zorakılığından zərər çəkmiş şəxslər, müəyyən yaşayış yeri olmayan, sosial yadırğama və sosial məhrumiyyət vəziyyətində olan və s.) şəxslərin sosial xidmətlərlə təminatında mühüm nailiyyətlər əldə edilmiş, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasından ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində çətin həyat şəraitində olan vətəndaşların daha münasib həyat şəraitinə qayıtması imkanları artmışdır.
Bildirilmişdir ki, Sosial-iqtisadi həyatın bütün sahələrində aparılan islahatlar nəticəsində sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi davamlı olaraq genişləndirilmişdir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə inteqrasiya olunmalarının təmin edilməsidir.