Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər

0

  • Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Göygöl Milli Parkının dəstəyi ilə 13.07.2024-cü il tarixdə Uşaq Səfirlər Məclisinin Xocalı üzrə regional nümayəndələri "Yalnız bir Dünya" çərçivəsində "EkoSistemlərdə dəyişikliklər: Bioloji maddələrin rolu" adlı tədbir keçirdi.

    Tədbirdə GöyGöl Milli Parkının direktoru Fuad Quliyev, Xocalı rayon Kosalar kənd tam orta məktəbin kimya-biologiya müəllimi Lalə Rzayeva, Uşaq Səfirlər Məclisinin Xocalı üzrə regional nümayəndələri Fidan Quluzadə və Vahid Məmmədov çıxış etdi.
    Çıxış edən natiqlər ekosistem, onun önəmi, hal-hazırdaki vəziyyəti və s. barədə söz açıblar. Tədbir zamanı slayd göstərilib. Uşaqlarla maraqlı sual-cavab aparılıb. Daha sonra təbiət qoynunda gəzinti zamanı uşaqlara əyani formada yeni biliklər öyrədildi.
    Məktəblilər tədbirdə müxtəlif dünya görüş əldə etdilər və təbiəti qoruyacaqlarına söz verdilər.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib20 dəfə

    Maraqlı gələ bilər
    55
    13