Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ən çətin vəzifənin ən layiqli sahibi

0

  • 2003-cü il oktyabrın 15-də keçirilən seckilərdə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək prezident seçdi. Prezident seçilərkən İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidenti olacağam" sözləri də qısa bir zamanda özünü doğrultdu. Ötən 20 il sabitlik, təhlükəsizlik və inkişafla xarakterizə olunur. Prezident İlham Əliyev daxili, ictimai, siyasi sàbitliyin möhkəmlənməsinə, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqlarının qorunmasına nail oldu. Onun rəhbərliyi altında həyata keçirilən inkişaf strategiyası bu gün Azərbaycanın uğurlarını şərtləndirən əsas amil kimi çıxış edir.
    BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama hərəkatına Azərbaycan 2011ci ildə qosulub. Fəaliyyətinin ilk günlərindən ölkəmiz həmrəylik, qarsılıqlı dəstək prinsiplərinə mühüm töhfələr verərək beynəlxalq hüququn norma və prinsiplərinə qətiyyətlə dəstək verdi. Qısa zamanda üzv ölkələrin etimad və nüfuzunu da qazandı. İkili yanasmalara yol verməyən, məhz ədalətli mövqeyi, mühüm təsəbbüsləri və qlobal çağırışlara adekvat cavabları Azərbaycanın 2016-cı ildə hərəkata sədrliyi 120 ölkə tərəfindən yekdilliklə dəstəkləndi.
    2019-cu il oktyabrın 25-də Bakıda Qosulmama hərəkatına üzv ölkələrin dövlət və hökümət başçılarının 18-ci zirvə görüsünü müvəffəqiyyətlə təskil edən Azərbaycan 2022-ci ilədək təsisata sədrliyi üzərinə götürdü.Amma bu müddət bitməmiş 120 dövlət Azərbaycanın sədrlik vəzifəsinin uzadılması ücün yenidən yekdil qərar qəbul etdi. Nəzərə alsaq ki, Azərbaycanın Qosulmama hərəkatına sədrliyi dünyanın COVİD 19 la mübarizə apardığı dönəmlə üst-üstə düşdü. 2020-ci ilin mayında ölkəmizin təsəbbüsü ilə hərəkatın onlayn zirvə toplantısında səylər bu istiqamətdə səfərbər edildi.
    Koronovirusla bağlı 80-dən cox ölkəyə maliyyə və humanitar yardım göstərən Azərbaycan həm də peyvəndlə təminatda ədalətlilik prinsipinin qorunmasına çağırış etdi.
    "Hətta bəzi inkisaf etmiş Qərb ölkələri vaksinləri lazım oldugundan 5 dəfə,10 dəfə çox əldə edirlər. Amma resursları olmayan ölkələr əziyyət cəkməyə məcbur idi. "Beləliklə prezident İlham Əliyevin çıxışından sonra Azərbaycan bu məsələdə də bir daha peyvənd millətçiliyini, peyvəndlərin ədalətsiz paylanmasına qarsı öz səsini ucaltdı.
    Ölkəmizin hərəkata verdiyi bu qədər töhfəni üzv ölkələr də 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq isini dəstəkləməklə dəyərləndirdilər və anti Azərbaycan mahiyyətli bəyanatı blokladlılar və bununla da ermənipərəst qüvvələrin Azərbaycana hücumuna mane oldular.
    Hər zaman biliyi, savadı, zəkası ilə fərqlənən dövlət başçısının siyasi iradəsi və qətiyyəti sayəsinda 30 ilə yaxın işğalda olan Azərbaycan torpaqları düşmən tapdağından azad edildi. Bu tarixi qələbə Ermənistan hərbi birləşmələrinin məğlubedilməzliyi barədə illərlə formalaşan mifi 44 gündə alt-üst etdi. 2020-ci il Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan xalqının həyatına əbədi yazıldı. Prezident İlham Əliyev 20 il əvvəl verdiyi sözü reallaşdıraraq adını qızıl hərflərlə tarixə yazdı. Dövlət başçısının dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Sərkərdəsi oldugu Ordu ilə birlikdə haqq savasında qalib gəldi. Tarix isə onu yazanları unutmur. İllərlə təmkinli davranan, səbr nümayiş etdirən, nəyi necə nə vaxt etmək lazımdır, bunu mən bilirəm deyən Prezident İlham Əliyev 2020-ci il fevralin 15-də Münhendə Təhlükəsizlik Konfransında tarixi faktlarla Beynəlxalq İctimaiyyətə novbeti defe mesaj verdi: "Əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə niyə ondan paytaxtin adi qədim erməni adi ilə adlandırilmayib, çünki paytaxtın qədim adi Xankəndidir." Münhen görüşündən 8 ay sonra Azərbaycan döyüş meydaninda Ermənistana kimin kim olduğunu göstərdi. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində bir tərəfden diplomatik yolla Qarabağ münaqişəsinin həllinə çalışdı, digər tərəfdən ordu quruculuğuna xüsusi diqqət yetirdi. Sülh yolu ilə məsələ həll olmasa silahlı qüvvələr öz sozunu demeli idi. Hazırlıqlarda buna uyğun aparilirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahli Qüvvələri dünyanın ən güclü 50 ordu sıralarına yüksəlmişdi. Tarixdə Azərbaycan BMT qətnamələrini icra edən ölkə kimi qaldı.
    Bəli, dünyanın ən yüksək kürsülərində 30 il həllini tapmayan Qarabağ problemi Ali Baş Komandanın apardığı düzgün siyasət nəticəsindǝ 44 günə həll olundu. Bu qələbəyə görə Müzəffər Ordumuza, şəhidlərimizə, qazilərə borcluyuq.
    2020-ci il 19 iyul-Vətən müharibəsində qazanılan şanlı zəfərin son akkordu: Məcburi köckünlərin doğma yerlərinə qayıdısı prosesi nəhayət ki, başladı. Zəngilanın Ağalı kəndinin sakinləri ana torpaqlarına geri dönməklə Böyük Qayıdışa start verildi.
    Ulu Öndərin arzusunu həyata kecirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində ən həssas məsələ 44 günlük müharibədən 1il 8 ay keçəndən sonra gerçəkliyə çevrildi. Bu böyük qələbənin davamı 30 illik həsrətin sonu, insanlarımızın dogma torpağına bağlılığının nümayişi, Azərbaycan xalqının böyük xalq olduğunun ifadəsi idi.
    Ali Baş Komandanın verdiyi bütün vədlərin ləyaqətlə həyata keçirildiyinin bir daha rəsmi təsdiqidir. Bu hadisə Qarabağın dirçəlişi, bölgədə həyatın canlanmasının ilk müjdəsi, xalq lider, ordu birliyinin simvolu, ölkəmizə qarsı ərazi iddiaları ilə çıxış edən Ermənistanın ideoloji süqutudur. Bəli, Qarabag artıq normal həyata qayıdır.
    29 ildən sonra insanlar böyük sevinclə Müzəffər Ali Baş Komandanın başçılıq etdiyi Müzəffər ordunun rəşadəti sayəsində geri alınan torpaqlara geri qayıdır​, alnıaçıq, üzüağ. Bu ilin sentyabrında Azərbaycan tarixindən daha bir qara ləkə silindi. Lokal Anti- terror tədbirləri ilə suveren ərazilərimizdə kök salan seperatizmin başı əzildi. Cəmi 23 saat 43 dəqiqəyə Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi.​
    Azərbaycanin indi ən böyük problemlərini həll edən, onu qələbədən qələbəyə aparan, Xocalıda, Xankəndində bayrağımızı dalğalandırdıran güclü lideri var. Bundan sonra da Prezident İlham Əliyev Azərbaycanın dövlət rəhbəri kimi böyük nailiyyətlərə imza atacaq.
    Reyhan Əliyeva,
    Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib162 dəfə
    Ən çətin vəzifənin ən layiqli sahibi

    Maraqlı gələ bilər
    46
    70
    59