Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ərikli kənd sakini İsabalının doğum günü hədiyyəsi...

0

  • İllərdi həsrətində olduğumuz yurd yerlərimiz, od-ocağımız bu gün bizi qoynuna çağırır. Laçından olan İsabalı Əliabbas oğlu Əliabbasov da 15 yaşında doğma kəndlərindən ayrılıb. İndi övladı ilə Əriklini ziyarətə gələn kənd sakini uçuq-sökük, yandırılmış evlərinə baxa-baxa qalıb. Xəyal onu uşaqlığına aparıb. Bu evdən hər gün məktəbə yollandığı, dörd tərəfi yaşıllığa, gül-çiçəyə boyanmış kənd yollarında oynaya-oynaya, gülə-gülə gedib-gəldiyi günləri xatırlayır...
    Ərikli kəndi qoynunda yandırılmış, dağıdılmış evləri ilə onu kədərləndirsə də, dağlar qonunda, yaşıllığa bürünmüş, xoş havası ilə bir yandan da onun yaralarına məlhəm olur...

    O, bütün bunları kameranın yaddaşına köçürən “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu birgə doğma evlərinə boylanır. Ancaq təkcə uçuq divarları qalmış evin içində yamyaşıl ot-ələf onların boyundan yuxarı qalxdığının şahidi olur. Nəhayət, həyəcanla evin içinə addım atır. İllərdən sonra doğma ocağından böyük bir qazan, beşik və s. kimi əşyalar gözə dəyir...

    Laçın sakini deyir ki, düşmən uşaqlığımızı, gəncliyimizi əlimizdən aldı. Heyf ki, atam doğma kəndinə qayıda bilmədi. Amma həyat yenə davam edir və biz doğma kəndimizə dönmüşük.

    İsabalıgilin evlərinin yaxınlığındakı arı təsərrüfatı ilə məşğul olan həmkəndlilərini görüncə düşünürsən ki, tezliklə Ərikli kəndində həyat yenidən başlayacaq. Burada yaraşıqlı evlərin işığı aləmə yayılacaq.

    Avqustun 25-i doğma kəndini ziyarətə gələn qəhrəmanımızın doğum günüdür. Görəsən bir insana doğum günü ərəfəsində illərlə həsrətini çəkdiyi doğma ata ocağından da əziz, dəyərli bir hədiyyə olarmı?

    Gözün aydın, qardaş!

    Gözümüz aydın olsun!

    Mina Rəşid
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib27 dəfə
    Ərikli kənd sakini İsabalının doğum günü hədiyyəsi...

    Maraqlı gələ bilər
    194
    46
    38
    16
    11