Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ermənilər Xan Şuşinskinin ata evini belə saxtalaşdırıb - FOTO

0

  • Ermənilər Xocalı rayonunun Ballıca kəndində bir əsr yarımdan çox yaşı olan tarixi binanı – Azərbaycanın Xalq artisti, əfsanəvi xanəndə Xan Şuşinskinin ata evini də saxtalaşdırıbmış.

    Bu barədə TNS-in yerli müxbirinə Xocalı sakini, 75 yaşlı Kərim Ələkbərov məlumat verib. O bildirib ki, həmin bina hər kəsin Xan Şuşiniski kimi tanıdığı Cavanşirov İsfəndiyar Aslan oğlunun ata ocağıdır. Sovet imperiyası qurulduqdan sonra həmin ev ailənin əlindən alınıb, məktəbə çevrilib. İşğal dövründə isə ermənilər həmin evi məhv etməyə çalışıb.

    İki mərtəbəli və 10-a qədər otağı olan bu tarixi bina Xocalının Ballıca kəndində yerləşir. Eyvanı və pəncərələri ecazkar gözəliyi olan təbiətə açılır.

    Kərim Ələkbərov deyib ki, ermənilər Xan Şuşiniskinin ata evini yox etməyə çalışıb: "Bu ev Xan Şuşiniskinin atası Aslana məxsusdur. Bu gün hər kəsin muğam sənətinin əvəzsiz ifaçılarından olan Xan Şuşiniski kimi tanıdığı İsfəndiyar da 1901-ci ildə bu evdə dünyaya gəlib:

    “1950-ci ildə anadan olmuşam. 1958-ci ildə həmin evdə 1-ci sinifə gemişəm. Müəllimim Məşdi müəllim olub. Xocalıya gəlib-gedirdi. O vaxt evin eyvanı yox idi. Onun yanında heç bir tikili olmayıb. Ermənilər həmin binaya erməni dilində yazılmış daş lövhə asmışdılar. Guya bura erməni abidəsidir. Bu daş lövhə sonradan vurulub. Ermənilər bu üsulla binanın tarixini saxtalaşdırmaq istəyiblər. Evi o vaxt Şuşada işləyən sənətkarlar tikib. Xanın atası bu evdə yaşayıb. Atam deyirdi ki, Xan Şuşinski ilə tut bağında oynayıb. Babam burda dəyirmançı olub. 1918-ci ildə dəyirmanı babam tikib. Həmin dəyirmanı da ermənilər söküb, məhv ediblər”.

    K. Ələkbərov onu da qeyd edib ki, sovet hakimiyyəti qurulduqdan sonra ailənin əlindən alınan ev məktəb kimi fəaliyyətə başlayıb. Məktəbdə azərbaycanlı uşaqlarla yanaşı, ətraf kəndlərdə yaşayan erməni uşaqlar da təhsil alıb. Sonradan evin həyətində olan yardımçı tikililər sökülüb. İşğal vaxtı ermənilər evin xarici görünüşünü tamamilə dəyişdirib. Evin həyətyanı torpaq sahəsində əlavə tikililər inşa etməklə xarici görünüşünü itiriblər: “Bizim burada “Dərə yuxarı” deyilən Çayqovuşan kəndi vardı, böyük kənd idi. 1962-ci ildə ermənilər Xankəndiyə su çəkmək adı ilə həmin kəndi köçürdülər. Əhalinin yarısını Cəmilliyə, yarsını da Ballıcaya köçürdülər. Sonradan ermənilər azərbaycanlıları sıxışdırıb buradan da çıxardılar”.

    Kənd sakini bildirib ki, Xan Şuşinskinin ata evinə sonradan Cümşüd Nəsibyan adlı erməni köçürülüb. Onun övladları həmin evi erməniləşdirmək üçün binanın görkəmini dəyişib.

    TNS-in əməkdaşı məsələ ilə bağlı Prezidentinin Xankəndi, Ağdərə və Xocalı üzrə Nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndəlikdən bildirilib ki, işğaldan azad olunan ərazilərdə yerləşən bütün tarixi memarlıq abidləri siyahıya alınır: “Torpaqların işğalı zamanı erməni vandalizminə məruz qalan tarixi binalar mərhələli şəkildə bərpa olunur. Araşdırmalardan sonra binanın yaşı və əsl sahibinin kimliyi haqqında məlumat veriləcək”.
    Ziya Əmirxanlı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi5 gün öncə
    İzlənib166 dəfə
    ermənilər xan Şuşinskinin ata evini belə saxtalaşdırıb foto

    Maraqlı gələ bilər
    134
    66
    65
    46