Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ermənistanın məğlubiyyətini rəsmiləşdirən kapitulyasiya aktı

0

  • Vətən Mübaribəsində Azərbaycan Ordusunun şah əsəri Şuşa əməliyyatı oldu. Düşmən Qarabağımızın gözü sayılan bu şəhəri təxminən 1500-2000 nəfərlik qüvvə və çoxsaylı hərbi texnika ilə müdafiə edirdi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Hikmət Mirzəyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri 400 nəfərlik dəstə ilə əsas yoldan deyil, düşmənin ağlına belə gəlməyəcək bir istiqamətdən-sıldırım qayalıqlardan dırmaşaraq Şuşa şəhərinə daxil oldular. Yalnız yüngül sılahlılarla silahlanmış qəhrəman əsgərlərimiz 4 tərəfdən düşmənin içərisinə ustalıqla sızaraq əlbəyaxa döyüşdə Ermənistan ordusunun qüvvələrini məhv etdilər. Düşmən yüzlərlə döyüşçüsünün cəsədini döyüş meydanında qoyaraq qaçmağa məcbur oldu. 2020-ci il noyabrın 8-də Şuşa düşmən tapdağından azad edildi. Şuşa işğaldan azad ediləndən sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi.

    Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan, Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzaladı. Hərbi əməliyyatlar dayandırıldı. Bu bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubuyyətini rəsmiləşdirən sənəd idi. Bəyanatda işğalçı ölkə qoşunlarını Azərbaycanın digər işğal altındakı ərazilərindən-Ağdam, Kəlbəcər və Laçından çıxaracağını, Zəngəzurdan Naxçıvana dəhliz açacağını öz öhdəsinə götürürdü. Münaqişə zonasına isə Rusiya sülhməramlıları yerləşdirildi. Beləliklə sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək məcburiyyətində qalaraq 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, oktyabrın 1-də isə Laçın rayonlarını Azərbaycana təhvil verdi. 2023-cü il sentyabrın 19-dan başlanan, 2 gün davam edən antiterror əməliyyatları nəticəsində erməni seperatçılarının Qarabağdakı tör-töküntüləri də məhv edildi.

    Ali Baş Komandan İlham Əliyev Azərbaycan Dövlət Bayrağını Ağdərədə, Xocavənddə, Xankəndində və doğma Xocalımızda qaldırdı. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyimiz tam şəkildə bərpa edildi. Yaşasın Ali Baş Komandan!, Yaşasın Azərbaycan Ordusu!

    Akif Rüstəmov,

    Xocalı Rayon Kosalar kənd tam orta məktəbinin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib57 dəfə
    Ermənistanın məğlubiyyətini rəsmiləşdirən kapitulyasiya aktı

    Maraqlı gələ bilər
    46
    45
    63
    44
    47