Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əsrlərə bərabər on illiklər

0

  • Tarixin bütün dövrlərində müxtəlif xalqların azadlıq mübarizəsi, bu mübarizənin kimin tərəfindən idarə ediməsi həmin xalqın yaşamaq, mövcud olmaq məsələsini ortaya qoymuşdur. İstər xalq qəhrəmanı olsun, istər sərkərdə olsun, dövlət başçısı olsun xalqın taleyinin müsbət yaxud mənfi tərəfə dəyişməsi həmin aparıcı şəxslərin fəaliyyətindən irəli gəlmişdir. 90-cı illərdə Azərbaycanı xaosdan, anarxiyadan, qardaş qırğınından xilas edən Ulu öndər Heydər Əliyev 2003-cü il tarixində olan prezident seçkiləri zamanı öz namizədliyini geri götürərək “Mən İlhama özüm qədər inanıram” deyərək prezidentliyə namizəd kimi İlham Əliyevin namizədliyini irəli sürmüşdür. Bəlkə də bu böyük etimadın nəticəsi idi ki, iyirmi illik prezidenytliyi dövründə cənab prezident İlham Əliyev iki yüz illik tarixə bərabər şərəfli bir missiyanı həyata keçirdi.
    “Mən hər bir vətəndaşın prezidenti olacağam” deyən ölkə başçısı əvəlcə çadırlarda, vaqonlarda yaşayan soydaşlarımızın yaşayış şəraitini yaxşılaşdırmaq, müasir tipli qəsəbələr inşa edirtməklə sanki məhv olan genefondumuzun xilasına nail oldu.Ölkənin daxili və xarici, siyasi və iqtisadi yüksəlişinin nizama salınmasına doğru atılan addımlar uğurla nəticələndi. Silahlı qüvvəllərin , şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirərək yetişməsini təşkil etdi. Bütün qoşun növlərinin tərkibində xüsusi təyinatlıların ilbəil daha da təkmilləşdirilməsi peşəkar ordunun yaranmasına səbəb oldu. Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyəsinin yüksəldilməsi ilə bərabər, ümumi ölkə əhalisinin məşğulluğunun təşkili, aztəminatlı ailələrin sosial müdafiəsi yönündə tədbirlər həyata keçirilmişdir. 2016-cı ilin aprel döyüşlərinə qədər və aprel döyüşləri ilə bərabər vətən müharibəsinə qədər olan vaxt ərzində Silahlı Qüvvələrimizin döyüş fəaliyyəti sanki sınaqdan keçirildi və bu sınaqlar uğurla nəticələndi. Aəzrbaycan dünya siyasi arenasında həqiqət uğrunda mübarizə apardığını təsdiq etdi. İqtisadi cəhətdən əlaqələr qurmaq istəyən ölkələr iqtisadi, siyasi və hərbi cəhətdən zəmanətləndirilmişdir. 2019-cu ildə bütün dünyanı cənginə alan pandemiya ilə mübarizədə də Azərbaycan yenə uğurla çıxdı. Əhali arasında itkinin minimum həddə çatdırılması üçün əlavə olaraq modul tipli xəstəxanaların qısa zaman kəsiyində quraşdırılması,onların lazımi tibbi heyətlə, dərman vasitələri ilə təminatı yüksək səviyədə yerinə yetirildi. Pandemiya nəticəsində məşqulluğunu itirən əhali sosial təminatla əhatə olundu. Cənab Prezidentin təşəbbüsü ilə dost və maddi cəhətdən zəif olan ölkələrə Azərbaycandan tibbi avadanlıqlar, dərman vasitələri və başqa maddi yardımlar göndərildi.
    Azərbaycanı dünyanın mötəbər tribunalarından təmsil edən cənab Prezident Azərbaycanın haqq yolunda, öz torpaqlarını işğaldan azad etmək üçün danışıqlar yolunda sülh yolunun tərəfdarı olduğunu bəyan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əks hücum əmri ilə 2020 -ci ilin 27 sentyabrında gərgin təlimlərdən sonra hərəkətə keçən, döyüş tapşırıqlarını uğurla həyata keçirən ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 günə murdar erməni yağılarının iyrənc tapdağından azad etdi. Xalqımız müdrik babalarımızın hünər yolunun, zəfər müjdəsinin davamçısı, Ulu Öndər yadigarı İlham Əliyevin ətrafında sıx birləşərək dəmir yumruğa çevrilib düşməni məhv etdi. Azərbaycanımızın baş tacı olan Şuşa artıq doğma Azərbaycanlılarına qucaq açır. Qarabağımızın qədim xan məskəni olan Xankəndimiz üçrəngli, ay-ulduzlu bayrağımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldıldığı andan bizi öz qoynuna səsləyir.
    Müzəffər Ali Baş Komandanın növbəti hədəfi qədim yaşayış məskənimiz olan İrəvan, Zəngəzur və başqa mahallarımızdır. Xlaqımızın azadlığa, firavanlığa, əbədi müstərilliyə sahib çıxmasında müstəsna tarix yazan Ali Baş Komandan İlham Əliyevə eşq olsun. Allah bütün şəhidlərimizə rə.hmət eləsin. Yaşasın bütöv Azərbaycan! Qarabağ Aəzrbaycandır!

    Aydın Həsənov,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib171 dəfə
    Əsrlərə bərabər on illiklər

    Maraqlı gələ bilər
    118
    186
    53