Tezliklə peşəkar futbolda göy vərəqə tətbiq olunacaq.
xocalininsesi.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Teleqraf" məlumat yayıb .
Nəşrin mənbəsinin sözlərinə görə, dəyişiklik Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən sin-bin protokollarına əsasən elan ediləcək və oyunçular qəsdən (taktiki) qayda pozuntusuna yol verərsə və ya matç rəsmisi ilə razılaşmasalar, 10 dəqiqəlik meydandan qovulacaqlar.
Həmçinin bildirilir ki, oyun zamanı iki göy vərəqə və ya sarı və göyün kombinasiyası qırmızı vərəqəyə çevrilir.
Protokollar əlavə təkmilləşdirmə tələb edərsə, yüksək səviyyəli oyunlar ilkin sınaqdan çıxarılacaq, eyni zamanda bildirilir ki, elit komandalarda sınaqlar yayda başlaya bilər. Bu, İngiltərə kuboku və qadınların İngiltərə kubokunda baş verə bilər. İngiltərə Futbol Federasiyası bu yarışları növbəti mövsümdə sınaqlara cəlb etməyi nəzərdən keçirəcək.
Qeyd edək ki, qəsdən qayda pozuntusuna misal olaraq İtaliya millisinin müdafiəçisi Corcio Kyellininin AVRİ-2020-nin finalında İngiltərə millisinin futbolçusu Bukayo Sakanın köynəyini çəkməsi və buna görə yalnız sarı vərəqə alması halı göstərilib.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/sport/1181568.html