Yaxın vaxtlarda Gəncə və Lənkəran məktəblərində müşahidə kameraları quraşdırılacaq.
xocalininsesi.az report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda məlumat verib.
O, Dövlət Agentliyinin tabeliyində 6000-ə yaxın təhsil müəssisəsinin olduğunu bildirib: "Təəssüf ki, arzu və resurslar bəzən üst-üstə düşmür. Təbii ki, həmin müəssisələrin hamısında təhlükəsizlik üçün müşahidə kameralarının olmasını arzulayardıq. Bu gün "Məktəblinin dostu" layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə müşahidə kameraları quraşdırılıb. Gəncə və Lənkəran da bu layihəyə qoşulacaq. Bununla da kamera quraşdırılacaq məktəblərin sayı artırılacaq. Ümumilikdə, sözügedən məsələ gündəliyimizdədir".
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/country/1161928.html