“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını və bu sahəyə olan məsuliyyətini artırmaq, həmçinin şagirdlərə işğaldan azad edilmiş bölgələrin təbiəti, flora və faunası haqqında bilgilər vermək, vətənpərvərlik hissini aşılamaq, onlarda Vətən, yurd sevgisini daha da möhkəmləndirməkdən məqsədilə Göygöl Milli Parkı tərəfindən maarifləndirici görüşlər keçirilir. Belə görüşlərdən biri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbdə baş tutub.
Görüşdə Göygöl Milli Parkının direktoru Fuad Quliyev, Məktəblilərin Ekoloji Şurasının Xocalı rayon Kosalar kənd tam orta məktəbindən seçilmiş üzvü, Uşaq Səfirlər Məclisinin Xocalı rayonu üzrə nümayəndəsi Fidan Quluzadə, Xocalı şəhər 4 saylı tam orta məktəbin direktoru Vüsal Mustafayev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Göygöl Milli Parkının direktoru Fuad Quliyev öz gözləri ilə canlı şahidi olduğu Qarabağın zəngin təbiəti, flora və faunası haqqında geniş məlumat verib. O, qeyd edib ki, mənfur erməni milləti 30 il ərzində Qarabağın təbiətinə külli miqdarda ziyan vurub, meşələri yandırıb, yalnız Qarabağda bitən ağacların kökünü tamamilə məhv edib. Azərbaycan təbiətinin gözəlliyindən bəhs edən Fuad Quliyev həmçinin çalışdığı Göygöl Milli Parkının bitki və heyvanat aləmindən danışıb. Təbəiəti qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Məktəblilərin Ekoloji Şurasının üzvü Fidan Quluzadə çıxışında qeyd edib ki, məktəblilərin ekoloji biliklərinin artırılması, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə kömək göstərmək üçün məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.
Sonra çıxış edən məktəbin direktoru Vüsal Mustafayev, Təşkilati işlər üzrə direktor müavini, məktəbin biologiya müəllimi Şahnaz Əliyeva, Fiziki tərbiyə müəllimi Turan Şirinov tədbirin əhəmiyyətindən danışıblar.
Tədbirdə nümayiş etdirilən Göygöl Milli Parkın heyvanat aləminin fototələlərlə çəkilmiş videoları məktəblilərin böyük marağına səbəb olub.
Şagirdlərə Göygöl Milli Parkının bukletləri paylanılıb.
Tədbir diskussiya formasında davam etidirilib.