2 fevral hər il Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir. Gənclər gününün qeyd olunması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hər zaman gənclərimizə diqqət və qayğı ilə yanaşıb və gənclərin əməyini dəyərləndirib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən hər il fevral ayının 2-si “Gənclər günü” kimi qeyd edilir. Vaxtı ilə Ümummilli lider Heydər Əliyevin gənclərə və gəncliyə göstərdiyi etimadı indi də öz əksini tapmaqdadır. Prezident İlham Əliyev də gənclərə olan diqqət və qayğısını öz qərarları ilə təsdiq edir. Gənclərin xarici ölkələrdə təhsil almaları, gənclərə “Prezident təqaüdlərinin" təsis olunması, sosial müdafiəyə ehtiyacı olanlara göstərilən qayğı, gənclərin vətənpərvərlik tərbiyəsi, gənc idmançılara verilən dəyər, gənclər təşkilatlarının yaradılması və inkişafı bu diqqətin nəticəsidir.
Ölkə başçısının 16 aprel 2007- ci il tarixdə imzaladığı sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün Dövlət proqramına”əsasən minlərlə gənclərimiz dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə təhsil alırlar.
İdmanın inkişaf etdirilməsi, Olimpiya komplekslərinin tikintisi də gənclərə olan bir diqqətdir. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Hər bir dövlətin yaşaması üçün ən vacib şərt sağlam gəncliyinin olmasıdır. Azərbaycan gəncləri bütün sahələrdə özlərini dogruldurlar, onlara olan diqqət və qayğını layiqincə dəyərləndirirlər. Məhz qəhrəman Azərbaycan gənclərinin sayəsində 30 ildən sonra 44 gün ərzində ərazi bütövlüyümüz bərpa olundu. Heç nədən qorxmayan, ölümün gözünə dik baxan, öz canlarını torpaq uğrunda qurban verən igid, cəsur gənclərimizin qanları ilə Şanlı Zəfər tarixi yazıldı. Qazanılan Möhtəşəm Qələbəmiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə olan gənclərimizin əməklərinin əvəzolunmaz bəhrəsidir.
Yaşasın Azərbaycanın parlaq gələcəyinin təminatçıları olan gənclərimiz!
Öz canlarını Vətən, torpaq uğrunda qurban verən gənc oğul və qızlarımız – ruhunuz şad olsun!
Rafiq Quliyev,
Xocalı rayon ziyalısı