Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsi daha iki gün uzatmaq barədə İsraillə razılığa gəlib.
xocalininsesi.az report-a istinadən xəbər verir ki, hərəkatın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin mətbuat katibi Taher ən-Nunu atəşkəs razılaşmasının eyni şərtlərlə fəaliyyət göstərəcəyini açıqlayıb.
"Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür", - ən-Nunu deyib.
xocalininsesi.azMənbə: https://news.milli.az/world/1161861.html