Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyev Fondunun vitse-prezidenti Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO

0

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
    xocalininsesi.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.
    Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.
    Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
    O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrində Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdə düşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
    Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.
    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1233403.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaDaxili siyasət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 həft. öncə
    İzlənib3 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    48
    39
    53
    56
    51