Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb

0

  • Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan Xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyini qoruyub saxlamasında, möhkəmləndirilməsində, inkişafınd müstəsna rolu oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbyacan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatdı. Anarxiya Respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki, dövlət müstəqilliyimizi, hətda milli varlığımızı belə birbaşa hədəf aldı. Beləliklə 1991-1993-cü illər ölkəmizi müasir tarixində hərc-məclik, özbaşınalıq avanturist ekspermentlər dövrü kimi xatrlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan siyasi hadisələrə qiymət vermək gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdə belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edir.

    “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi strateji əhəmiyyətə zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi idarələri qane etmirdi. Ermənistanı Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildən də hakimiyyət çəkiçməsi 1992-ci il iyun ayında hakimiyyətə gəlmiş qüvvələrin illərdən sonra hakimiyyətdən saldı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkənin düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir, yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində bu bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birlişdikcə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağrışına səs verərək Bakıya qayıtdı. Və Azərbaycan Xalq Cumhuriyyətinin taleyində daha dəhşətli hadisələrin gözlənildiyi, bəlalardan müsibətlərdən xilas etdi.

    Ülviyyə Haqverdiyeva,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib66 dəfə
    Heydər Əliyevin adı tariximizə həm böyük xilaskar kimi düşüb

    Maraqlı gələ bilər
    48
    50
    51
    87
    55