Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO

0

  • BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
    İdman.Biz-in Abu-Dabiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, yarışın ikinci günündə daha üç çəkidə mükafatçılar bəlli olub.
    Kişi cüdoçular 66 kq və 73 kq çəkidə mübarizə aparıb. Qadınlar isə 57 kq çəkidə ən güclüləri müəyyənləşdirib. Azərbaycan yığmasının 4 cüdoçusu tatamiyə çıxıb. Onlardan Hidayət Heydərov dünya çempionatında qızıl medal qazanıb.
    Kişilər
    66 kq
    İkinci mərhələdən yarışa start verən Yaşar Nəcəfov startda Baul Anla (Cənubi Koreya) güləşib və məğlub olub.
    Kamran Süleymanov ilk görüşündə Mohamed Abdelmavqouda (Misir) uduzub.
    73 kq
    Millimizin lideri Hidayət Heydərov ikinci mərhələdən mübarizəyə başlayıb. Akil Qyakovaya (Kosovo) qalib gələn dördqat Avropa çempionumuz 1/8 finalda Salvador Roça (İspaniya) ilə münasibətinə aydınlıq gətirib. O, növbəti qələbəsini qazanaraq 1/4 finala yüksəlib. Ardınca Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz yarımfinala adlayıb. Finalın bir addımlığında İqor Vandtkeni (Almaniya) məğlub edən Hidayət həlledici görüşə vəsiqə qazanıb. Titul uğrunda qarşılaşmada onun rəqibi Tatsuki İşihara (Yaponiya) olub. Vazzari xalı ilə geridə olan Hidayət sona 10 saniyə qalmış ippon fəndi işlədərək, dünya çempionu tituluna yiyələnib.



    Qadınlar
    57 kq
    Acelya Toprak ilk mərhələ Bayit Kussakbayevaya (Qazaxıstan) qalib gəlib, ardınca Telma Monteyrodan (Portuqaliya) güclü olub. O, 1/8 finalda Mimi Huha (Cənubi Koreya) uduzub.
    Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 3 cüdoçumuz mundiala medalsız vida edib.
    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1205705.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    Bölməİdman
    KateqoriyaÖlkə idmanı
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi4 ay öncə
    İzlənib121 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    48
    57