Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi. Aksiyada Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, "Xocalının səsi" qəzetinin redaktoru Qalib Quliyev, Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak etdilər.