Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İki ölkə arasında çoxşaxəli tərəfdaşlıq

0

  • Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini gücləndirir. Ötən müddət ərzində ölkəmiz beynəlxalq münasibətlərin mühüm aktoru kimi xarici ölkələr ilə intensiv siyasi və iqtisadi əlaqələr qurur. Parlaq diplomatiya sayəsində bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən strateji ölkə kimi qəbul olunur və nəqliyyat-logistika şəbəkəsinin inkişafı Mərkəzi Asiya ölkələrinin və bu regionda yerləşən Tacikistanın da inkişafına müsbət təsir göstərir. Mərkəzi Asiyanın mühüm ölkəsi sayılan Tacikistan ilə də münasibətlər bu qəbildəndir və bu ölkə ilə əməkdaşlığımızın inkişafı uğurla davam etdirilir. Azərbaycan ilə Tacikistan arasında sovet hakimiyyəti dövründə qurulmuş çoxillik, möhkəm iqtisadi, mədəni və tarixi əlaqələr mövcuddur. Bu tendensiya hər iki respublika müstəqillik əldə etdikdən sonra da davam etdi və gücləndi. Azərbaycan Tacikistanın dövlət müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçir və bu da tarixi meyarlara görə qısa müddətdir. Lakin bu müddət ərzində xalqlarımız arasında dostluq münasibətlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanıldı. Tacikistan-Azərbaycan münasibətlərinin yaxın tarixi ölkələrimizin xoşməramlılıq, suveren bərabərliyin və ərazi bütövlüyünün tanınması, habelə qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət üçün seçdiyi kursun düzgünlüyünü bir daha sübut etdi. Hazırda Tacikistan və Azərbaycan arasında əməkdaşlıq yüksək inkişaf səviyyəsindədir və genişlənməyə meyllidir. Azərbacyan Tacikistan ilə qarşılıqlı etimada və hörmətə əsaslanan hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Hər iki xalqı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ortaq dəyərlər və ənənələr birləşdirir. Hazırda ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir və iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə qeyd olunan prinsiplərə əsaslanır. İkitərəfli əməkdaşlığın hüquqi bazasını qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini tənzimləyən çoxsaylı sazişlər təşkil edir. Ölkələrimizi həm də tarixi dostluq, siyasi, humanitar və digər sahələrdə əlaqələr birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Buna görə də, Tacikistan liderinin Azərbaycana səfəri münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verəcək.
    Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində - mayın 20-də Bakıda Azərbaycan-Tacikistan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər arasında yeni əməkdaşlıqlar müzakirə olunub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri çərçivəsində də mühüm sənədlər imzalandı. Bu müqavilələrin iki ölkə arasında çoxtərəfli münasibətlərin daha da dərinləşməsinə şərait yaradacağı şübhə doğurmur. Prezident İlham Əliyevin bildirdiyi kimi imzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək.

    Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.
    Bahar Əliyeva,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib113 dəfə
    İki ölkə arasında çoxşaxəli tərəfdaşlıq

    Maraqlı gələ bilər
    13
    74
    29
    54
    45