Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İki ölkə arasındakı əlaqələrin yeni mərhələsi

1/1

  • Son illərdə qarşılıqlı münasibətlərdə fərqlənən Azərbaycan-Slovakiya münasibətləri bu ölkənin Baş Naziri Robert Fitsonun ölkəmizə səfəri və bu zaman əldə edilən razılaşmaların miqyası ilə yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə Avropanın 8- ci ölkəsinə təbii qaz ixracında formalaşmış “Həmrəylik halqası” nda növbəti ölkənin Slovakiyanın olacağını da nəzərə alsaq qarşılıqlı münasibətlərdə yeni mərhələnin miqyası daha aydın görünür. Ölkələrimiz arasında münasibətlərin tarixinə gəldikdə isə deməliyik ki, Slovakiya ölkəmizin müstəqilliyini 24 yanvar 1992- ci ildə tanımış, ikitərəfli diplomatik münasibətlər isə 23 noyabr 1993- cü ildə qurulmuşdur. Slovakiyanın ölkəmizdə səfirliyi 01 oktyabr 2019- cu ildən, Azərbaycanın bu ölkədəki səfirliyi isə 28 iyul 2023- cü ildən fəaliyyət göstərir . İkitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiya Respublikasına 18 mart 2024- cü il tarixli səfəri mühüm rol oynamışdır. Bununla da ölkəmizdə Slovakiya şirkətləri bir çox layihələrin həyata keçirilməsində fəal işə qoşulmuş, enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Yeri gəlmişkən, Milli Məclisdə 13 dekabr 2005- ci ildə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir.
    Ölkəmizdə genişmiqyaslı külək və günəş enerji stansiyalarının inşa olunması ilə qaza qənaət imkanı yaranacaq ki, bu da Avropa ölkələrinin ehtiyacının ödənməsinə həlledici töhfə olacaqdır. Bundan başqa Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd“ konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.
    İmzalanmış Azərbaycan-Slovakiya sənədləri iki ölkə arasındakı əlaqələri yeni mərhələyə yüksəltməklə, Azərbaycanın Avropa üçün vazgeçilməz qeosiyasi aktyor olaraq nüfuzunu daha da artıracaqdır.
    Aytən Həsrətova,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib139 dəfə
    İki ölkə arasındakı əlaqələrin yeni mərhələsi

    Maraqlı gələ bilər
    48