8 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qədim yaşayış məskənimiz olan Xankəndi şəhərinə səfər etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2020-ci il əks hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız - kəndlər, şəhərlər erməni quldur dəstələrindən təmizləndi.
44 gün davam edən müharibənin gedişi 8 noyabr 2020-ci ildə qədim Şuşa şəhərinin işğaldan azad edilməsi ilə ermənistan qoşunlarının acı məğlubiyyəti onları atəşkəs elan etməyə və noyabrın 10-da kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Razılaşma və danışıqlar nəticəsində Ağdam, Kəlbəcər, Laçın rayonlarının quldur dəstələrindən təmizlənməsi həyata keçirildi. Lakin mənfur düşmən yenə danışığa əməl etmirdi. 2021, 2022-ci illərdə müxtəlif vaxtlarda Azərbaycan Silahlı Qüvvələri təmizləmə əməliyyatları keçirdi və erməni quldur dəstələrinə sarsıdıcı zərbələr endirdi. Azərbacan nümayəndə heyətinin müxtəlif instansiyalarda ermənistan nümayəndələri ilə danışıqları yenə kağız üzərində qalırdı.Azərbaycan hökuməti dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə yaşayış üçün normal şərait yaradılacağını bəyan etmişdir. Aparılan bu danışıqlar fayda verməsədə, əksər dünya ictimaiyyətində Azərbaycanın haqlı mövqedə olduğu təsdiqlənirdi.
19 sentyabr 2023-cü il tarixində 24 saatdan az davam edən antiterror əməliyyatı zamanı Azərbaycan öz sözünü dedi və əzəli torpaqlarımız - şəhər və kəndlərimiz erməni quldur dəstələrinin tör-töküntülərindən azad edildi və üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yaşayış məntəqələrimizdə ucaldıldı.
Möhtəşəm qələbəmizin üçüncü ildönümündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərindən ibarət şəxsi heyət Xankəndi şəhərində zəfər paradını qeyd etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilən bu paradı son 200 ildə itirilən Azərbaycan torpaqlarının geriyə dönüş nöqtəsi adlandırmaq olar.
Zəngəzur, Göyçə, İrəvan öz əzəli sakinlərini-Azərbaycanlıları həsrətlə gözləyir. Qələbənin qazanılmasından danışan Müzəffər Ali Baş Komandan İlham Əliyev silahlı qüvvələrdə modern silahların və texnikanın tətbiq edildiyini vurğulamaqla bərabər, əsgər və zabitlərimizin peşəkarlığından, qorxmazlığindan danışdı.
Erivə onun havadarları heç vaxt manipulyasiya aparmalıdır.Onlar bilməlidir ki,bu meydanda iştirak edən min nəfər igidimiz kimi,yüz mindən çox peşəkar hərbçimiz istənilən vaxt döyüşə girməyə və düşmənı darmadağın etməyə hazır vəziyyətdədir.
Təntənəli paradda Birinci vitse-prezident Mehriban xanım Əliyeva, övladları Heydər Əliyev iştirak etmişdir. XXI əsrdə dünyanın istənilən silahlı qüvvələri ilə rəqabət aparacaq ordumuz vardır. İndiyə qədər düşmən bizim qabağımızda diz çökdürüyü kimi, onun havadarları da bilməlidir ki, "Dəmir yumruq" yerindədir.
Şanlı tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün şəxsi heyəti qələbə münasibətilə təbrik etdi və onlardan "Qarabağ Azərbaycandır!" şüarını eşitdi.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, onların cənnətdəki məqamları uca olsun. Allah qazilərimizə, veteranlarımıza, hərbçilərimizə can sağlığı, xoşbəxt həyat qismət eləsin.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Azərbaycan var olsun, düşmənləri kor olsun.
Qarabağ Azərbaycandır!
Aydın Həsənov,
Xankəndi şəhər sakini