Xocalı rayon Xankəndi şəhəri N.Şahmuradov adına 6№li Kərkicahan qəsəbə tam orta məktəbində “Uşaq Hüquqları” aylığı çərçivəsində vaxtaşırı tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri "Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı" mövzusunda olmudur.
Tədbirdə Azərbaycan dövlətinin ailə siyasəti barədə məlumat verilib. Bildirilib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Qeyd edilib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.