Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Maaş və pensiya artırılacaq - RƏSMİ

0

  • Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcəkdir.
    xocalininsesi.az APA-ya istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
    Sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb.

    Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
    Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

    Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin maliyyə alətlərinə uğurla investisiya edildiyi, əldə olunan gəlirlərin sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyi qeyd edilib.

    İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarma sahələri üzrə daha 26 peşə və kvalifikasiya standartı təsdiqlənib.

    Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosial təminat, maliyyə və satınalmalar sahələrində görülmüş işlər və gələcək hədəflər müzakirə olunub.



    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/economy/1236621.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi2 həft. öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    51
    22