Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Maaş və pensiyalar bu tarixdən yenə artacaq - ŞAD XƏBƏR

0

  • Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi?
    xocalininsesi.az xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir.
    Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil:
    "Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun".
    İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq:



    "Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər".
    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1184318.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi7 ay öncə
    İzlənib93 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    45
    51
    46