Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məğrur Laçının gözəl çağları

0

  • Laçın Azərbaycanın ən gözəl məskənlərinədn biridir. Gözəl təbiəti, mineral bulaqları ilə zəngin olan Laçın hər kəsi özünə heyran edir. Təəssüf ki, erməni işğalçılarının təcavüzü nəticəsində bu qədim yurd yerimiz tapdaq altında qaldı. Bütün evlər yandırıldı, qarət edildi. Sərvəti daşındı. İllərdir Qarabağ, Laçın həsrətilə yaşadıq. Ancaq heç bir zaman ümidimizi itirmədik. Qisas gününün yaxınlaşdığını hiss edir, səbrlə dözürdük. Mərhum sənətkar Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinlədikcə gözlərim yaşarır, ürəyimiz parçalanırdı. Bu haqsızlığa, bu həsrətə necə dözmək olardı...

    Vətən müharibəsində Ordumuzun şücaəti nəticəsində erməni işğalı altındakı torpaqlarımız azad olundu və düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. 10 noyabr bəyanatında bir çox maddələr öz əksini tapmışdır ki, bunlardan biri də Laçının azad edilməsi idi. Bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.

    Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında idi. Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 26 avqust Azərbaycanda 26 avqust – “Laçın Şəhəri Günü”dür.

    Bu gün xalqımız xoşbəxt günlər yaşayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında abadlıq-quruculuq işləri mütəşəkkil olaraq davam edir. Azad olunan torpaqlarımızın dirçəldiyini görmək hər birimizdə hədsiz sevinc hissi yaradır. Allah bu sevinci xalqmıza yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Uca Rəbbim şanlı tarix yazan rəşadətli Ali Baş Komandan İlham Əliyevi və Ordumuzu qorusun!

    Rafiq Quliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib28 dəfə
    Məğrur Laçının gözəl çağları

    Maraqlı gələ bilər
    47
    37
    56