Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məişət zorakılığı və ona qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

0

  • Fevralın 15-də Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məişət zorakılığı mövzusunda maarifləndirici tədbir keçirildi.

    Xocalı rayon Kosalar kənd Mədəniyyət Evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətindən, Polis İdarəsindən, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorundan, ictimaiyyətdən nümayəndələr, Ailə, Qadın və Uşaq Komitəsinin yanında yaradılmış Uşaq Səfirlər Məclisinin Xocalı rayon üzrə regional nümayəndələri, şagirdlər və valideynlər iştirak etdilər.

    Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RPŞ-nin İctimai təhlükəsizlik qrupunun polis sahə rəisi, polis leytenantı Zahid Məmmədli mövzu haqqında çıxışı zamanı ölkəmizdə ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyanın fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs etdilər. Məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində sakinlərlə maarifləndirici söhbətlər aparıldı.

    Tədbirin sonunda "Qadın" - qısametrajlı filmi nümayiş etdirildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib326 dəfə
    məişət zorakılığı ilə bağlı tədbir keçirilmişdir

    Maraqlı gələ bilər
    138
    150