Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Məktəblilər arasında voleybol idman növü üzrə Xocalı rayon birinciliyi keçirilmişdir

0

  • 29 noyabr 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Gəncə şəhər ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbin idman zalında 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirildi.
    Birincilikdə kənd və qəsəbələrdən ümumilikdə 6 orta ümumtəhsil məktəbindən 12 komanda iştirak etmişdir. Yarışın yekun protokoluna əsasən:
    I-ci yer: Xocalı rayon Başkənd kənd tam orta məktəbin komandası
    II-ci yer: Xocalı rayon Kosalar kənd tam orta məktəbin komandası
    III-cü yer: Xocalı rayon Yaloba kənd tam orta məktəbin komandası
    Qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olundular.
    Mənbə: Qarabağ Regional Gənclər və İdman İdarəsinin facebook səhifəsi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib105 dəfə
    aze xocali voleybol

    Maraqlı gələ bilər
    38
    83